ABŞ prezidenti Vaşinqton ştatında səyahət qanunun dayandırılması qərarını gülünc adlandırıb. Donald Tramp bu qərarın ləğv ediləcəyinə söz verib.
ABŞ-ın Vaşinqton ştatının federal hakimi ötən həftə 7 müsəlman ölkəsindən mühacirlər və səyahətçilərin Amerikaya girişinə qadağa qoyan qanunun müvəqqəti dayandırılmasına göstəriş verib.
Hakim Ceyms Robart bildirib ki, Vaşinqton və Minnesota ştatları prezidentin sərəncamlarını sual etmə haqqına malikdir.
Amerikanın Gömrük və Sərhədlərin Müdafiəsi idarəsi o zamandan bəri etibarlı vizaları olanların ölkəyə buraxılmadığını bildirir.
Ağ Evin bəyanatında deyilir ki, Ədliyyə Nazirliyi mümkün qədər tez bir zamanda “bu təhqiredici qanunu fövqəladə elan edəcək. Az sonra açıqlanan digər bir bəyanatda təhqiredici sözü götürülüb. Bildirilib ki, prezident Donald Trampın sərəncamı qanuni və müvafiqdir.
Tramp İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının 90 gün ərzində ölkəyə buraxılmamasına dair sərəncam verib.
ABŞ dövlət başçısının sərəncamına əsasən, Suriya qaçqınlarının ABA-girişinə qeyri-müəyyən müddətək, başqa ölkələrdən qaçqınların isə 120 gün müddətində ölkəyə buraxılmaması nəzərdə tutulur.
Prezident bunu Amerikanın terrorçulardan müdafiəsi məqsədi daşıdığı ilə izah edir.
ABŞ Dövlət Departamenti 60 min vizanın ləğv ediliyini bəyan edib, 100 min insanın viza müraciəti rədd edilib.
Diplomatlar və digər yüksək səlahiyyətli rəsmilər istisna təşkil edir.