Accessibility links

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verdi


Ermənistanın baş naziri Serj Sarkisyan gözlənilmədən istefa verdi.

Baş nazirin mətbuat xidmətinin yaydığı bəyanatda Sarkisyan küçələrdəki nümayişçilərə müraciət edərək, yanıldığını və etirazçıların tələbini yerinə yetirmək qərarı verdiyini bildirib.

Mən ölkə rəhbəri vəzifəsini tərk edirəm... Sizin tələbinizi həyata keçirirəm.

“Sizə ölkənin rəhbəri kimi son dəfə müraciət edirəm. Mən yanılırdım. İndiki vəziyyətdə problemin bir neçə həll yolu var, amma mən heç birinə getməyəcəm. Bu, mənlik deyil. Mən ölkə rəhbəri vəzifəsini tərk edirəm... Sizin tələbinizi həyata keçirirəm.”

Nümayişlərin 11-ci günü minlərlə insan Ermənistanın paytaxtı Yerevanın küçələrinə çıxaraq onun istefasını bayram edir. Yüzlərə əsgər hökumət əleyhinə nümayişlərə qoşulub.

63 yaşlı Sarkisyan bazar günü nümayişlərdə iştirak edərkən həbs edilən müxalifət lideri Nikol Paşinyanın azad edilməsindən bir qədər sonra istefa verib.

Nümayişlərə rəhbərlik edən Nikol Paşinyan baş nazir Sarkisyandan israrla istefa verməyi tələb edirdi.
Nümayişlərə rəhbərlik edən Nikol Paşinyan baş nazir Sarkisyandan israrla istefa verməyi tələb edirdi.

Paşinyan 1989-cu ildə Çexoslovakiyada kommunist hakimiyyətinə son qoyan nümayişləri xatırladaraq, bu nümayişlərin dinc məxməri inqilabın başlanğıcı olmasını istədiyini bildirib.

Sarkisyan baş nazir elan edildikdən sonra nümayişlər intensivləşmişdi.

Etirazçılar Serj Sarkisyanın konstitutsional dəyişikliklər yolu ilə hakimiyyətini uzatmaq cəhdinin qarşısını aldılar.

Ötən çərşənbə günü Yerevanın mərkəzində yerləşən Respublika Meydanında 15 min adam yürüş keçirmişdi. Nümayişçilər əllərində “Addım at və Serji rədd et” şüarları yazılmış plakatlar tutmuşdular.

Bazar günü hökumət əleyhdarlarının sayı artaraq 50 minə çatdı.

Sarksiyanın istefa verməsindən sonra ölkənin siyasi gələcəyi qeyri-müəyyən qalır. Etirazçıların nə kimi əlavə islahatlar tələb edəcəyi, hökumətdə daha hansı dəyişikliklərin baş verəcəyi hələlik aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG