Accessibility links

Nikola Sarkoziyə rəsmi ittiham irəli sürülüb


Fransanın keçmiş prezident Nikola Sarkoziyə rəsmi ittiham irəli sürülüb. O, korrupsiyada və seçki kampaniyasının qanunsuz maliyyələşməsində ittiham olunur. Rəsmilər Liviya diktatoru Müəmmar Qəzzafinin 2007-ci ildə Sarkozinin seçki kampaniyasını maliyyələşdirdiyini bildirir.

İttihamlardan öncə Sarkozi iki gün ərzində antikorrupsiya polisi tərəfindən dindirilib. Müstəntiqlər Qəzzafi rejiminin Sarkoziyə seçki kampaniyasından ötrü gizlicə 50 milyon avro verməsinə dair iddiaları araşdırırlar.

O zaman bir kampaniyanın maliyyələşməsinə maksimum 21 milyon avro ayrıla bilərdi. Bundan başqa ayrıldığı iddia olunan məbləğ Fransanın xaricdən maliyyələşmə, kampaniyanın maliyyə mənbələrinin açıqlanması ilə bağlı qaydalarının pozulması deməkdir.

63 yaşlı Sarkozi 2007-2012-ci illərdə Fransanın prezident olub. O, hər hansı yanlışa yol vermədiyini deyir.

O, martın 21-də sərbəst buraxılsa da, polis nəzarətində qalacaq.

Sarkozi dəfələrlə bu ittihamları rədd edib. “Mən heç bir fiziki dəlil olmadan ittiham edilirəm”, – “Le Figaro”nun yazdığına görə, o, hakimlərə ünvanlandığı bəyanatda deyib. Qəzet bəyanatı martın 22-də yayıb.

Sarkozi 2011-ci ildən “bu böhran cəhənnəmi”ndə yaşadığını vurğulayaraq ittihamları yalan adlandırıb.

Keçmiş prezidentin yaxınlarından bu mətnin həqiqi olub-olmadığını təsdiqlətmək mümkün olmayıb.

XS
SM
MD
LG