Accessibility links

Qarabağa dəstək aksiyasının təbrizli iştirakçısı Sədullah Sasani həbsxanaya köçürülüb


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Sədullah Sasani Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Son günlərdə İranda Qarabağa dəstək aksiyaları ilə əlaqədar həbs eilən çox sayda milli fəal və türk vətəndaşı kimi Sədullah Sasani bir neçə gün Təbrizin kəşfiyyat nazirliyinin təcridxanasında sorğu-sual edildikdən sonra Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

Sədullah Sasaninin saxlanma zamanı ağır bir şəkildə döyüldüyü bildirilir. Sasani daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə tərəfindən fərqli ittihamlarla məhkum olunub.

O, daha öncə iyul ayının 16-da Təbrizdə yerləşən Azərbaycan Respublikasının konsulluğunun qarşısında Ermənistan və Azərbaycanın Tovuz sərhədində toqquşmasından sonra Bakıda keçirilən yürüşlərə dəstək məqsədi ilə Təbrizdə təşkil edilən mitinq zamanı həbs edilib.

Oktyabrın 1-də və həmçinin ondan bir neçə gün öncədən İran Azərbaycanın əksər şəhərlərində, eləcə də İranın paytaxtı olan Tehran şəhərində azərbaycanlıların yürüşü keçirilib. Onlar Qarabağ münaqişənsində Azərbaycan Respublikasına dəstəklərini nümayiş etdirib və İranın Ermənistana dəstəyini qınamışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG