Accessibility links

Satirik şair dini şerinə görə fiziki təzyiqə məruz qalıb


İbrahim Xudayi
İbrahim Xudayi

Dünən, mayın 20-də bir neçə şəxs Salyan rayonunda (Bakıdan 129 kilometr cənub) yaşayan satirik şair İbrahim Xudayiyə hücum edib. Buna onun Facebook səhifəsində dini məzmunlu satirik şerini oxuması səbəb olub.

İbrahim Xudayi Amerikanın Səsinə müsahibəsində bildirib ki, hücum edənlər dini mövzuda yazdığı şeri Facebook profilindən silməsini və üzr istəməsini tələb ediblər.

please wait

No media source currently available

0:00 0:01:14 0:00

“Onlardan əsasən biri, Turqut Cəbrayılov mənə zərbələr endirdi. Bu gün polisə şikayət etdim. İndi polis Turqut Cəbrayılovu saxlayıb. Amma, mən qorxuram. Yenə axşam gələ bilərlər. Dünən axşam da gəlib başıma və ayaqlarıma döydülər. Əllərindən güclə qaçdım,” o qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, polis İbrahim Xudayinin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər həyata keçirir.

“Bu gün İbrahim Xudayinin döyülmə şikayəti əsasında, əvvəllər məhkum edilmiş Turqut Cəbrayılov Salyan rayon Polis Şöbəsinə dəvət olunub. Hazırda müvafiq qaydada təhqiqat araşdırması aparılır. Təhqiqat araşadırması və təyin edilmiş ekspertizanın nəticələrindən asılı olaraq Cəbrayılovun əməlinə hüquqi qiymət veriləcək,” o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 2011-ci ilin noyabrında publisist Rafiq Tağı dini mövzuda yazdığı tənqidi məqaləsindən sonra bıçaqalanıb və xəstəxanada vəfat edib. Rafiq Tağının ölümü ilə bağlı qaldırılmış cinayət işi üzrə hələ heç kim təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməyib.

XS
SM
MD
LG