Accessibility links

Səudiyyə Ərəbistanı ilə İraq arasında münasibətlər bərpa edilir


Iran and Saudi Arabia
Iran and Saudi Arabia

Səudiyyə Ərəbistanı və İraq rəsmiləri bildirib ki, avtobusla dolu ilk iraqlı zəvvarlar 27 il bağlı qalan Arar şəhərində sərhədi keçərək Səudiyyə krallığına daxil olduqdan sonra onlar aralarındakı münasibəti inkişaf etdirmək prosesindədirlər. Ölkələr hava nəqliyyatını da bərpa edir. Amma hələlik ilk təyyarənin uçuş tarixi müəyyən edilməyib.

Səudiyyə və İraq rəsmiləri 27 il sonra Arar şəhərində yerləşən sərhəd keçid məntəqəsinin yenidən açılışı münasibəti ilə biri-birini təbrik edib. Müqəddəs Məkkəni ziyarət etmək istəyən 1000-dən çox iraqlı zəvvarı daşıyan avtobus karvanı Səudiyyə ərazisinə daxil olur. Onlar bu ölkədə festivallarla qarşılanır.

Ərəb mətbuatına istinadən sərhəd keçid məntəqəsinin yerləşdiyi şimal regonunun qubernatoru, Səudiyyə şahzadəsi Faysal Bin Xalid zəvvarları Quranın nüsxələri ilə qarşılayıb. Amerika Universitetinin Beyrutdakı filialında siyasət üzrə dərs deyən müəllim Hilal Həsən Amerikanın Səsinə İraqın şiə din xadimi Muqtəda Əl-Sədrin ötən günlərdə ölkəyə səfərinin İraqla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşması istiqamətində cəhdlərin hissəs olduğunu düşündüyünü deyib.

Saudi Muqtada al-Sadr Muqtada Sadr,
Saudi Muqtada al-Sadr Muqtada Sadr,

Liman şəhəri Cəddədə şiə din xadimi Məhəmməd Bin Salmanla görüşüb.

Həsən iraqlı lider Ammar Hakimin partiyasını sünnilər üçün açmağı təklif etdiyini də qeyd edib. Lakin o deyib ki, əgər Səudiyyə Ərəbistanı bununla İranı alçaltmağaı ümid edirsə, partiya bundan məyus olacaq.

Hilal Həsən - “Mən inanıram ki, İran bundan yararlanacaq. Baxmayaraq ki, bəziləri bunun İranın İraqa təsirini azaldacağını düşünür. Mən belə düşünmürəm. Düşünürəm ki, Səudiyyə Ərəbistanı İranla bir başa münasibətlər yaratmaq istəmir. Ona görə də bunu İraq şiələrinin vasitəsi ilə etmək istəyir.”

Anbar vilayətinin qubernatoru Suhaib Əl-Ravi ərəb mətbuatına iki ölkənin ən yüksək səviyyədə əməkdaşlıq etdiyini deyib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Cudeyr bu ilin əvvəli Bağdada tarixi səfərində yaxşılaşmaqda olan münasibətlərdən bəhs edib. Ölkələr arasında münasibətlər sabiq president Səddam Hüseyn 199-cı ildə Küveyti işğal etməsindən bəri gərgin idi. Və ötən il Səudiyyə Ərəbistanının Bağdaddakı səfirliyinə yenicə təyin etdiyi səfirinin İraqda iran tərəfdarı qüvvələrin fəaliyyəti barədə şərhlər verdikdə İraq rəsmiləri səfirin geri çağırılmasını tələb etdikdən sonra münasibətlər daha da gərginləşmişdi.

Səudiyyə Ərəbistanının hərbi lideri, general Əbdül Rəhman Əl-Bünyan bir neçə həftə əvvəl İraqın Müdafiə Nazirliyinə səfər edərkən deyib ki, Bağdad və Riyad məlumatların ötürülməsi məqsədi ilə birgə texniki əməkdaşlıq mərkəzi yaradacaq.

Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən İraqın Mutana vilayətinin qubernatoru sərhəd keçid məntəqələrinin açılmasını alqışlayıb və bunun daha yaxın iqtisadi münasibətlərə yol açacağına ümid etdiyini bildirib.

Səudiyyə Ərəbistanına məxsus Əl-Həyat qəzeti yazıb ki, Riyad və Bağdad iki ölkə arasında hava yollarının da bərpasına dair razılıq əldə edib. Lakin uçuşların nə zaman başlanacağı barədə rəsmi məlumat verilməyib.

XS
SM
MD
LG