Accessibility links

Səudiyyə Ərəbistanında hücumlar artır


Səudiyyə Ərəbistanı rəsmilərinin bildirdiyinə görə, intiharçının İraq sərhədi yaxınlığında həyata keçirdiyi bomba hücumu iki sərhəd keşikçisinin ölməsinə, birinin isə yaralanmasına səbəb olub.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bu gün səhər tezdən Arar sərhəd-keçid məntəqəsindəki bomba hücumu zamanı digər terrorçunun da sərhəd patroluna atəş açdığını bildirib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinin Suriyadakı İslam Dövlətinə qarşı hava hücumlarında Səudiyyə Ərəbistanı da iştirak edir.

Sentyabr ayının sonlarından bəri İordaniya, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də olmaqla Birləşmiş Ştatların koalisiya qüvvələri birlikdə İraq və Suriyada böyük əraziləri nəzarət altına alan İslam Dövləti yaraqlılarına qarşı 600-dən çox hava hücümu həyata keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG