Accessibility links

Səudiyyə Ərəbistanı şahzadəsi Nayef bin Əbdül Əziz Əl-Səud vəfat edib


Səudiyyə Ərəbistanı şahzadəsi Nayef bin Əbdül Əziz Əl-Səud vəfat edib

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Nayef bin Əbdül Əziz Əl-Səud vəfat edib. Onun 70-dən çox yaşı olduğu deyilir.

Dövlətə məxsus mətbuatın verdiyi məlumata görə, şahzadə Nayef İsveçdə Cenevrədə dünyasını dəyişib. Onun bu yaxınlarda tibbi müalicə almaq üçün Avropaya səfər etdiyi haqda məlumat verilir.

Kral ailəsi şahzadə Nayefin bazar günü dəfn Məkkə vilayətində dəfn olunacağını elan edib.

Şahzadə Neyf 1975-ci ildə Səudiyyə Ərəbistanının daxili işlər naziri vəzifəsinə keçməzdən əvvəl paytaxt Ər-Riyadın meri olmuşdur.

Keçən il şahzadə Sultan bin Əbdül Əziz Əl-Saudun vəfatından sonra o, vəliəhd elan edilmişdir.

Şahzadə Nayef ölkənin mühafizəkar ruhanilərin yaxın müttəfiqlərindən biri idi.

Vəliəhd kimi şahzadə Nayef kral Abdulla vəfat etdiyi halda Səudiyyə Ərəbistanı krallığının monarxı olacaqdı.

Daxili İşlər naziri kimi şahzadə Nayefin ən mühüm nailiyyətlərindən biri kimi onun Səudiyyə Ərəbistanının Əl-Qaidə qüvvələrindən təmizlənməsi istiqamətində səyləri göstərilir.

XS
SM
MD
LG