Accessibility links

Səudiyyə Ərəbistanının xarici işlər naziri iki ölkə arasında yaxınlaşma fonunda Tehrana səfər edib

Faisan bin Fərhad. 8 iyun, 2023.
Faisan bin Fərhad. 8 iyun, 2023.

Səudiyyə Ərəbistanın xarici işlər naziri şahzadə Faisan bin Fərhad şənbə günü Yaxın Şərqdəki iki əzəli düşmən arasında yaxınlaşma fonunda İrana səfər edib. Bu barədə İranın dövlət televiziyası məlumat verib.

İran və Səudiyyə Ərəbistanı mart ayında Çnin vasitəçiliyi ilə əldə olunan anlaşmada Yəmən, Suriya və Livanda regional sabitliyi təhlükəyə atan illərlə davam edən düşmənçilikdən sonra diplomatik gərginliyə son qoymağa və əlaqələri bərpa etməyə razılaşıblar.

İran Səudiyyə Ərəbistanında səfirliyini rəsmi olaraq iyunun 7-də yenidən açıb.

Krallıq 2016-cı ildə etirazçılar Ər-Riyadın məşhur şiə ruhanisini edam etməsinə cavab olaraq Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etməsindən sonra İranla əlaqələrini kəsib.

Bin Fərhanın İran Prezidenti İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmirabdullahianla görüşü gözlənilir.

İran son zamanlarda Fars körfəzindəki bir neçə ərəb ölkəsi ilə gərgin əlaqələrini düzəltməyə çalışır.

Səudiyyə Ərəbistanının İranla yaxınlaşması İranı diplomatik baxımdan təcrid etmək istəyən İsraili böyük ölçüdə tək buraxıb.

İsraillə 2020-ci ildə normallaşma razılığı imzalayan fars körfəzindəki ilk ərəb ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri İranla rəsmi əlaqələri keçən il bərpa edib.

Bəhreyn və Mərakeş də daha sonra BƏƏ-yə qoşularaq İsraillə əlaqələr qurublar.

XS
SM
MD
LG