Accessibility links

Səudiyyə Ərəbistanı və İran illərdən sonra səfir mübadiləsi edib


İranın Ər-Riyaddakı səfirliyinin açılışı
İranın Ər-Riyaddakı səfirliyinin açılışı

Saudiyyə Ərəbistanın İrandakı səfiri çərşənbə axşamı İslam Respublikasına, onun həmkarı isə Ər-Riyada gedib. Bununla da Fars körfəzindəki rəqiblər arasında yeddi illik fasilədən sonra əlaqələr bərpa edilib.

Şiələrin çoxluq təşkil etdiyi İran və sünni müsəlmanların Səudiyyə Ərəbistanı mart ayında Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan sonra diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəlib.

Ər-Riyad və Tehran arasında əlaqələr 2016-cı ildə Ər-Riyadın şiə din xadimi Nimr Əl-Nimri edam etməsinə etiraz olaraq, Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarının hücumlara məruz qalmasından sonra kəsilib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatına görə, səfir Abdulla Alanazi öz vəzifələrini yerinə yetirmək üçün Tehrana getdikdən sonra Səudiyyə Ərəbistanı rəhbərliyinin "əlaqələrin gücləndirilməsi, qarşılıqlı əlaqənin artırılmasının və [münasibətlərin] daha da genişlənməsinin vacibliyini" qəbul etdiyini deyib.

İranın rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı həmçinin İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza Enayəti paytaxt Ər-Riyadda Xarici İşlər Nazirliyinin rəsmiləri və səfirliyin əməkdaşları tərəfindən qəbul edilib.

Alanazi əvvəllər Səudiyyə Ərəbistanının Omandakı səfiri, Enayati isə İranın Küveyt elçisi olub.

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi fəaliyyətini keçən ay bərpa edib. İyun ayında İranın Ər-Riyaddakı səfirliyinin yenidən açılışı bayraq qaldırma mərasimi ilə qeyd edilib.

İran və Səudiyyə Ərəbistanı uzun illərdir Yaxın Şərqdəki münaqişə zonalarında müxalif tərəfləri dəstəkləyir.

Forum

XS
SM
MD
LG