Accessibility links

Səudiyyə Ərəbistanının hava limanına hücum İranın istehsal etdiyi raketlə həyata keçirilib


U.S.Air Forces Central Commander in Qatar, Lt. Gen. Jeffrey L. Harrigian, addresses a joint press conference with Vice Chief of Staff of the Air Force, General Stephen Wilson, in Dubai, United Arab Emirates, Nov. 10, 2017.
U.S.Air Forces Central Commander in Qatar, Lt. Gen. Jeffrey L. Harrigian, addresses a joint press conference with Vice Chief of Staff of the Air Force, General Stephen Wilson, in Dubai, United Arab Emirates, Nov. 10, 2017.

Ötən şənbə Səudiyyə Ərəbistanının hava limanına hücum İranın istehsal etdiyi raketlə həyata keçirilib. Məlumatı ABŞ qüvvələrinin komandiri verib.

Dubayda təşkil edilən mətbuat konfransında general-leytenant Ceffri L. Harriqian deyib ki, hazırda silahın Yəmənə hansı yolla keçirildiyi araşdırılır.

İran Səudiyyə Ərəbistanının vəliəhdinin Yəmən üsyançılarının Səudiyyə Ərəbistanında aeroporta raket atdığı zaman Tehranın Ər-Riyada qarşı “birbaşa hərbi aqressiya” törətdiyinə dair iddiasını rədd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Britaniyanın xairi işlər naziri Boris Consonla birgə mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının iddialarını reallığa zidd və təhlükəli adlandırıb.

Bundan öncə Consonla danışıqlar aparan Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman səudiyyəlilərin şənbə günü kral Xalid aeroportunda raketi zərərsizləşdirməsindən sonra İranı “müharibə aktı” nda ittiham edib.

Səudiyyə Ərəbistanı İranı aeroporta hücum etmək məqsədilə Huti üsyançılarını raketlə təmin etməkdə ittiham edib. İran üsyançıları silahlandırdığını rədd edir və hücumla heç bir əlaqəsi olmadığını iddia edib.

XS
SM
MD
LG