Sərhədsiz Həkimlər Təşkilatının bildirdiyinə görə, Səudiyyə Ərəbistanının başçılığı ilə keçən gecə Yəmən paytaxtına edilən çox sayda hava hücumları nəticəsində təşkilatın obyektinə zərər dəyib .
Twitter vasitəsilə açıqlanan məlumatda deyilir ki, bombardman zamanı xəstələr və tibbi heyət təşkilatın Sənadakı bölməsində içəridə olub. Fransızca MSF kimi tanınan qrup tələfat barədə məlumat verməyib.
Səudiyyə Ərəbistanının başçılıqı ilə Yəmən prezidenti Əbdu Rabu Mənsur Hadini ölkədən qaçmağa məcbur edən Huti üsyançılara qarşı hava hücumları mart ayından başlayıb
Bu ayın əvvəli Birləşmiş Ştatların Əfqanıstanın Qunduz şəhəində həyata keçirdiyi hava hücumları zamanı MSF xəstəxanasına düşən bomba 30 nəfərin ölümünə səbəb olmuşdu. Beynəlxalq Komissiya hücumla bağlı təhqiqat aparır.