Accessibility links

Səudiyyə Ərəbistanı Yəmənlə sərhəd yaxınlığında ballisitik raket vurub


Səudiyyə Ərəbistanı Yəmənlə krallıq sərhədi yaxınlığında ballisitik raket vurduğunu bildirib.

Dövlət mediasının bildirdiyinə görə, Səudiyyənin havadan müdafiə sistemi raketi cənub-şərq bölgəsindəki Nacran vilayəti üzərində vurub.

Yəmənin Husi adı ilə ilə tanınan şiə üsyançıları əvvəlllər də Səudiyyə Ərəbistanını raket atəşinə məruz qoyub. Səudiyyə Ərəbistanı İranı husilərə dəstək verməkdə ittiham edir.

Husi üsyançıları 2014-cü ildə Yəmənin paytaxtı Sənanı ələ keçirərək, ölkənin beynəlxalq səviyyədə tanınmış prezidenti Əbd-Rəbbu Mansur Hadini müvəqqəti olaraq Səudiyyə Ərəbistanına qaçmağa məcbur edib.

2015-ci ilin mart ayında Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələri Hadi hökuməti adından husilərə qarşı hava hücumları həyata keçirməyə başlayıb. Hava hücumları minlərlə mülki vətəndaşın ölümünə, xəstəxanalar da daxil edilməklə, demək olar ki, bütün məhəllələrin dağılmasına səbəb olub.

XS
SM
MD
LG