Accessibility links

Səudiyyə Ərəbistanında işsizlik rekord həddə çatıb


Analitiklərin sözlərinə görə bir çox səudiyyəli xarici şirkətlərlə işləmək istəmirlər

Neftdən ifrat asılılıq iqtisadiyyatın ləng inkişafına başlıca səbəb kimi göstərilir

Səudiyyə Ərəbistanı vətəndaşları arasında işsizlik cari ilin ilk rübündə rekord göstərici olan 12.9 faiz təşkil edib. İşəgötürənlər yeni vergilərin ağırlığı altında yerli yanacaq qiymətlərinin artımı ilə mübarizə aparıblar.

Rəqəmlər iqtisadiyyatın neft ixracından olan asılılığını azaltmaq üçün hökümətin keçirdiyi islahatlar səbəbi ilə üzləşilən çətinliklərin göstəricisi kimi dəyərləndirilir.

1999-cu ildən bəri işiszlik Səudiyyə Ərəbistanında ən yüksək həddə çatıb.

İslahatlar qeyri-neft sənayesinin inkişafı və iş yerləri yaratmaq məqsədi daşıyıb, lakin onlar həmçinin böyük dövlət büdcəsi kəsirini bağlamaq üçün ciddi ixtisar addımları atıblar; 2018-ci ilin əvvəlində 5 faizlik əlavə dəyər vergisi tətbiq edilib. İxtisarlar bir çox özəl şirkətlərə ziyan vurub.

Rəsmi statistika agentliyi ilk rübdə olan işsizlik səviyyəsinin 1999-cu ildən bəri ən yüksək göstərici olduğunu bildirir. Bu, əvvəlki üç rübdə qeydə alınan 12.8 faiz səviyyəni aşır.

Vəliəhd Məhəmməd bin Salman
Vəliəhd Məhəmməd bin Salman

Hakimiyyət nümayəndələri iqtisadiyyatı daha səmərəli hala gətirmək və hökumətin maliyyə yükünü azaltmaq üçün daha çox səudiyyəliləri, xüsusən də qadınları əməkçi qüvvəyə cəlb etmək istəyirlər.

Son məlumatlar bu sahədə irəliləyişin cüzi olduğunu göstərib, lakin işə götürülmüş səudiyyəlilərin sayı azalsa da işsizlərin sayı əvvəlki rübdə 1.09 milyondan 1.07 milyona qədər azalıb.

Vəliəhd Məhəmməd bin Salmanın son ilshahatları daha çox qadını əməkçi qüvvəyə cəlb etməyə yönəlib. Lakin neftdən ifrat asılılıq ölkə iqtisadiyyatının inkişafı qarşısında ən başlıca maneələrdən biri olaraq qalır.
Vəliəhd Məhəmməd bin Salmanın son ilshahatları daha çox qadını əməkçi qüvvəyə cəlb etməyə yönəlib. Lakin neftdən ifrat asılılıq ölkə iqtisadiyyatının inkişafı qarşısında ən başlıca maneələrdən biri olaraq qalır.

Bu rəqəmlər zəif iqtisadiyyat və şirkətlərin xariciləri işə götürmək üçün hökumətə ödəməli olduğu ödənişlərə görə Səudiyyə Ərəbistanından yüz minlərlə xarici işçinin kütləvi şəkildə tərk etməsindən sonra ortaya çıxıb.

Krallıqda işləyən əcnəbilərin sayı əvvəlki rübdə 10,42 milyondan 10,18 milyona düşüb. Bu azalma istehlak təlabatını pozaraq iqtisadiyyatı ləngidib.

Bu həftə açıqlanan rəqəmlər göstərdi ki, inflyasiya səbəbilə düzəldilmiş Səudiyyə ümumi daxili məhsulu 2018-ci ilin birinci rübündə bir il əvvəllə müqayisədə 1.2 faiz artıb.

Lakin sıçrayış əsasən neft hasilatının sabitləşməsi ilə əlaqədardır. İqtisadçılar bu ilin növbəti aylarında neft sektorunun inkişafını gözləmirlər, qeyri-neft biznesləri isə yalnız işsizliyiı artıran tendensiya xəttindədir.

XS
SM
MD
LG