İran Azərbaycanına dair məlumat yayan internet portallarının bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri avqustun 3-də bir neçə türk fəalı güneyin Savalan Dağı ətəklərində saxlayıblar.
Güney Azərbaycan Televiziyasına (Günaz TV) istinadən, həbs edilənlər o cümlədən, Aydın Zakiri, Əli Xeyrcu, Meysəm Colani və Meysəm Babayi öncə Ərdəbil vilayətinin Lahrud şəhərinin məhkəməsinə, oradan isə Meşkinşəhrin (Xiyav) Ettelaat həbsxanasına göndəriliblər.
Yayılan məlumatda 9 fəalın tutulduğu qeyd edilib. Onların bir neçəsinin adı məlum deyil.
Kimliyi məlum olan dörd fəal bundan əvvəl də göstərdikləri fəaliyyətlər üzündən həbs və mühakiməyə məruz qalıblar.