Accessibility links

Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib


Çərşənbə axşamı Rusiya məhkəməsi ukraynalı pilot Nadiya Savçenkonu şərqi Ukraynada gedən müharibəni işıqlandıran iki rusiyalı jurnalistin ölümündə təqsirləndirib və onu 22 il müddətinə rusiyada həbsinə qərar verib.

Məhkəmə Savçenkonu Ukraynanın şərqində yerləşən Luqansk regionunda Ukrayna ordusu və Rusiya tərəfdarı separatçılar arasında gedən döyüşü işqılandıran Kreml dövlət mediasının iki jurnalisti- İqor Kornelyuk və Anton Voloşinin ölümünə səbəb olan top atəşini istiqamətləndirməkdə təqsirli bilib.

Bundan əlavə məhkəmə Savçenkonu qanunsuz olaraq Rusiya sərhədini keçdiyinə görə 440 dollar məbləğində cərimələndirib.

Savçenko jurnalistlərin ölümünə səbəb olduğuna dair ittihamları rədd edir və telefon qeydlərində onun jurnalistlərin ölümündən öncə Moskva tərəfdarı yaraqlılar tərəfindən ələ keçirildiynə dair sübutların olduğunu iddia edir. Savçenko həmçinin öz iradəsinin əleyhinə olaraq qaçırılıb Rusiya gətirildiyini deyir.

Pilot Rusiya məhkəmə icraatına qarşı nifrətini heç bir zaman gizlətməyib. 14 ay davam edən məhkəmə prosesi zamanı o dəfələrlə aclıq aksiyasına başlayıb və Rusiya ədalət sistemini söyüb.

Son müraciətində Savçenko hətta məhkəmə iclasına sədrlik edən hakimə orta barmağını göstərib.

Savçenko bu taktikaları çərşənəbə axşamıı keçirilən məhkəmə iclasında da davam etdirib. Hakim Leonid Stepanenko hökmü elan edərkən o, Ukrayna mahnısı oxuyub. Bu, hakimi hökmü oxuyub bitirmədən öncə iclası təxirə salmağa məcbur edib.

Savçenkonun vəkilləri itiham hökmünün gözlənildiyini deyir. Onlar bu ittihamların siyasi motiv daşıdığını bildirib.

Amerikanın Səsinə verdiyi müsahibədə vəkil Mark Feygin deyib ki, 10 gün ərzində azadlığa buraxılmasa Savçenko aclıq aksiyasına başlamağı və su içməkdən imtina etməyi planlaşdırır.

XS
SM
MD
LG