Accessibility links

Bloq - Save the Children: Normal qidalanmayan uşaqlar qlobal iqtisadiyyata mənfi təsir göstərir


Save the Children təşkilatı Böyük Səkkizliyin gələn ay Şimali İrlandiyada keçiriləcək sammiti zamanı uşaqların normal qidalanmaması probleminin gündəmə gətirilməli olduğunu bildirir.

Təşkilatın hesabatında deyilir ki, normal qidalanmayan uşaqların qavrama qabiliyyəti normal pəhrizə malik olan uşaqlarla müqayisədə 20 faiz aşağıdır. 8 yaşlı uşaqlaların adi cümlələri çətinliklə oxuduğu müəyyən edilib.

Normal qidalanmamaq uşaqların gələcəkdə həyatlarına təsir göstərir, onların özünəetimadını azaldır, karyera qurmalarında çətinliklər yaradır, pul qazanmaq qabiliyyətini azaldır.

Hesabatda bildirilir ki, ana bətnində olduğu müddətdən iki yaşınadək uşağın normal qidalanması onun beyninin inkişafında mühüm vaxt hesab edilir.

Sənəddə problemin inkişaf etməkdə olan ölkələrin iqtisadi artımına da mənfi təsiri qeyd edilir. Bildirilir ki, normal qidalanmayan uşaqlar böyüklüklərində qlobal iqtisadiyyata 100 milyard dollarlıq zərər vurur.

Save the Children Nigeriya kimi ölkələrdə 5 yaşdan aşağı 10.9 milyon, Hindistanda isə 61.4 milyon uşağın normal qidalanmadığını bildirir.

Hesabat Oksford Universitetinin minlərlə uşaq üzərində apardığı tədqiqata əsaslanır.
XS
SM
MD
LG