Accessibility links

Saxlanılan Təbriz Universiteti tələbəsinin harada olduğu bilinmir


Yaşar Hüseynzadə-Dəlir
Yaşar Hüseynzadə-Dəlir

Təbriz Universitetinin tələbəsi Yaşar Hüseyinzadə-Dəlir, təhlükəsizlik qüvvələri tərəfindən bazar günü tutulub.

HRA xəbər agentliyi bu haqda məlumat yayıb.

Hüseyinzadənin yeddi gündür saxlanılmasına baxmayaraq, onun harada olduğu barədə heç bir məlumat verilmir.

İran Tələbələr Birliyindən gələn məlumata əsasən, sentyabrın 22-də Təbriz Universitetinin tələbəsi Yaşar Hüseyinzadə-Dəlir təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Saxlanılmasının səbəbləri, harada olduğu və sağlıq statusu barədə məlumat yoxdur.

Araz News-un yayımladığı məlumata görə, Hüseynzadə Təbrizin Qətran məhəlləsində tutulub. Hadisə yerində olan şahidlərə görə, təhlükəsizlik qüvvələri Yaşarı həbs edərkən zorakılığa əl atıblar, daha sonra onu naməlum yerə aparıblar.

Şahidlər tələbənin tutulmasında bir neçə motosiklet və təhlükəsizlik maşınının iştirak etdiyini bildirdilər.

Yaşar Hüseyinzadə-Dəlir Təbriz Universitetində türkcə dil və ədəbiyyatı ixtisası üzrə təhsil alır.

XS
SM
MD
LG