Accessibility links

N!DA: Saxlanılan gənclərdən hələ də xəbər yoxdur


Ülvi Həsənli və Kənan Qasımlı (Fotonun müəllifi Əziz Elxanoğludur)
Ülvi Həsənli və Kənan Qasımlı (Fotonun müəllifi Əziz Elxanoğludur)

Gənclərin saxlanmasının bir neçə gün əvvəl şəhərdə hakimiyyət əleyhinə vərəqələrin yayılması ilə bağlı olması ehtimal edilir

Bu gün günorta saatlarında "Azad Gənclik Təşkilatı" İdarə Heyəti üzvü Ülvi Həsənli və “Nida” Vətəndaş Hərəkatının üzvü Emil Bağırov mülki geyimli polislər tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 39-cu polis bölməsinə aparılıblar. Musavat.com bildirir ki, onların saxlanması xəbərini dostları sosial şəbəkədə paylaşıblar. Hal-hazırda gənc fəalların saxlanma səbəbi barədə heç bir məlumat verilmir.

Bundan sonra polis daha iki gənci saxlayıb. Bunlar Azad Gənclik Təşkilatının üzvü Məcid Mərcanlı və NİDA-çı Kənan Qasımlıdır. Gənclərin dördü də "Nizami" metrostansiyası yaxınlığında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin Metro Polis Şöbəsində saxlanılır. Gənclərin saxlanmasının bir neçə gün əvvəl şəhərdə hakimiyyət əleyhinə vərəqələrin yayılması ilə bağlı olması ehtimal edilir.

"Nida" Vətəndaş Hərəkatından verilən məlumata görə, hərəkatın üzvü Emil Bağırov artıq sərbəst buraxılıb. Lakin saxlanılan digər gənclər Kənan Qasımlı, Ülvi Həsənli və Məcid Mərcanlı hal-hazırda polis bölməsindən məhkəməyə aparıldığı deyilir. Onların hansı məhkəməyə aparılması haqda hələlik dəqiq məlumat yoxdur.

Yerli vaxtla axşam saat 10:30 radələrində N!DA Vətəndaş Hərəkatının yaydığı məlumatda isə saxlanılan gənclərin ümumiyyətlə harada olması barədə heç bir məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, Ülvi Həsənli Milli Şuranın İcra Aparatının sosial şəbəkələr üzrlə xidmət rəhbəridir. Onun saxlanılması ilə bağlı Milli Şuranın İcra Aparatı araşdırma aparır. Məlumatı İcra Aparatının mətbuat xidməti yayıb.

Qeyd edək ki, “Azad Gənclik Təşkilatı”nın sədri Ülvi Həsənli iyunun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saat dindirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG