Accessibility links

Saxta avro satmaqda şübhəli bilinən şəxslər həbs edilib


Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Türkiyədən Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxsləri saxlayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, ölkədə fəaliyyət göstərən banklardan birindən iki şəxsin saxta 17 000 avronu 32 606 manata mübadilə etmələri barədə məlumat daxil olub. Beləliklə polis şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadəni saxlayıb.

Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25 000 avro məbləğində pul əskinasları götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllərlə xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həsənzadə və Novruzov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri hələ heç bir açıqlama verməyib.

XS
SM
MD
LG