Accessibility links

ABŞ-da "genişmiqyaslı nikah fırıldaqçılığı" aşkar edilib - 50 nəfər nəzarət altına alınıb


ABŞ-da prokurorluğun bildirdyi kimi "genişmiqyaslı saxta nikah sxemi" aşkar edildikdən sonra bununla əlaqəli 50 nəfər həbs edilib.

Ötən həftə münsiflər məhkəməsinin itthamlarına əsasən sxem Texas və Vyetnamdan idarə edilir. ABŞ-da daimi status almaq istəyənlər 50 ilə 70 min dollar arasında pul ödəməli olub.

ABŞ vətəndaşları bu razılığa cəlb etdikdən sonra onlara pulun bir miqdarı ödənilib.

Mühacirət anketlərinin legitimliyini göstərmək üçün təşkilat toy şəkilləri ilə albomlar, saxta vergi sənədləri, iş yerləri və kommunal orta hesablar hazırlayır.

İşlə əlaqədar 96 adam haqda müxtəlif ittihamlar irəli sürülüb. Onlar arasında saxta evlilik, poçt fırldaqçılığı, hətta şahid kimi and içərək yalan danışmaq kimi ittihamlar yer alır.

Prokurorlar bildirir ki, istintaq zamanı evli kimi göstərilən cütlüklərin heç vaxt bir yerdə yaşamadığı və yalnız evlənməyə sənəd təqdim edəkən görüşdükləri aşkar edilib.

ABŞ-da evlilik yolu ilə daimi yaşayış icazəsi almaq üçün evlilik haqda şəhadətnamə, icarəyə dair müqavilə və ya birgə yaşayış haqda sənəd, maliyyə sənədləri və şahidlərin yazılı ifadələri tələb edilir.

Bundan əlavə onlar müxtəlif anketlər doldurmalı, müsahibələrə qatılmalıdır. Bu prosesdən öncə onlara yalan məlumat verdikləri təqdirdə məsuliyyətə cəlb edilmələri barədə də xəbərdarlıq edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG