Accessibility links

Polis 80 min saxta dollar aşkarlayıb


Dollar
Dollar

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Xəbərdə deyilir ki, aparılmış tədbirlərlə ona saxta əskinasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polistərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı BŞBPİ-də cinayət işi başlanıb.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG