Accessibility links

Saytlara blok qoyulması ilə bağlı iddiaya məhkəmə baxışı başlayıb [Video]


Nazirlik azadliq.info, azadliq.org, azerbaycansaati.com, Turan TV saytlarının blioklanmasını istəyir

Aprelin 27-də Bakının Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbi barədə iddiasına baxış başlayıb.

Məhkəmə zalında cəmi beş nəfər üçün stul qoyulub. Iclası izləmək yalnız iki jurnalistə müyəssər olub. Sonradan diplomatyik nümayəndəliklərin təmsilçiləri üçün zala əlavə stullar gətirilib, hətta stul çatışmamazlığından şüşə akvariumda müttəhimlər üçün qoyulmuş skamya da oradan çıxarılıb. Beləliklə, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və bir sıra digər dipolamtik korpusların nümayəndələri də zalda otura bilib.

Nazirlik iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün” azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına (Turan TV) girişin məhdudlaşdırılması haqqında qərar qəbul etməyi xahiş edir.

İddiada yalnız konstitusiya quruluşunun devrilməsinə, iğtişaşlara, zorakılığa, ictimai asayişin pozulmasına, ədavətə, dini ekstremizmə və s. yönəlmiş çağırışlar olduğu halda saytları bağlamağa imkan verən qanun noralarına istinad edilir. Amma bu cür çağırışların harada və nə vaxt səsləndiyi göstərilmir.

İclasdan əvvəl məlum olub ki, iddia Baş Prokurorluğun Rabitə Nazirliyinə təqdimatı əsasında qaldırılıb.

Amma iclasın əvvəlində məlum olub ki, iddiaçının nümayəndəsinin məhkəmədə çıxış etmək üçün etibarnaməsi yoxdur. Eyni zamanda, cavabdehlərin vəkilləri iddianı əsaslandıran sənədlərin və prokurorluğun iradına səbəb olan konkret nəşrlərin olmadığını qeyd ediblər. Cavabdehlərə əvvəlcədən iddia mətni də verilməyib.

Bununla əlaqədar məhkəmə dinləmələri 1 may saat 15.00-dək tərixə salınıb.

XS
SM
MD
LG