Accessibility links

İran Azərbaycanında toz dumanına görə məktəblər bağlanıb


İran Azərbaycanında toz dumanı
İran Azərbaycanında toz dumanı

İran Azərbaycanında şiddətli toz dumanı məktəblərin bağlanmasına səbəb olub.

Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində toz dumanı səbəbi ilə təhlükəli hava şəraiti qeydə alınıb.

Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsi çərşənbə günü, mayın 25-də Urmiyədəki bütün məktəblər və vilayətin cənub şəhərlərindəki bütün məktəblərin havanın kəskin çirklənməsi səbəbindən bağlandığını elan edib.

Həmçinin valiliyin əmri ilə Urmiyə və vilayətin cənub şəhərlərinin dövlət idarələri mayın 25-də 2 saat gecikmə ilə fəaliyyətə başlayıb.

Şərqi Azərbaycanda təhlükəli hava şəraiti və havanın çirklənməsinin böhranlı səviyyəyə çatması nəticəsində mayın 25-də Təbrizdə məktəblər və idarələr bağlanıb.

Təbrizdə mayın 24-də axşam saatlarında hava çirklənməsi indeksi 470-ə yüksəlib. Məktəblərin bir gün gecikmə ilə bağlanması bəzi vətəndaşların tənqidlərinə səbəb olub. Təbrizdə təhlükəli hava şəraiti 3 gün davam edib.

Mayın 25-də Zəncan vilayətinin hava şəraiti təhlükəli elan edilib və vətəndaşların evdə qalmaları haqda xəbərdarlıq verilib. Həmin vilayətdə havanın çirklənməsi indeksinin 207-yə yüksəldiyi və bütün yaş qrupları üçün təhlükəli vəziyyətə çatdığı bildirilib.

Ərdəbil vilayətində toz dumanı ilə əlaqədar vəziyyət İran Azərbaycanının digər vilayətləri ilə müqayisədə daha yaxşı olub.

İran rəsmiləri ölkədə ara-ara kəskin tozlu hava şəraitinin yaranmasının səbəbinin qonşu ölkələrdən gələn toz dumanı ilə əlaqədar olduğunu söyləyirlər.

Bir müddət öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkədə yaranan təhlükəli hava şəraitini Türkiyənin çəkdiyi bəndlər nəticəsində baş verdiyini söyləmişdi. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü isə bunun elmi əsasının olmadığını söyləyərək İranın iddialarını rədd etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG