Accessibility links

Alimlər zəngin ölkələrin dünyanı vaksinlə təmin etməmələrini "düşüncəsizlik" adlandırır


300 alimdən ibarət qrup bildirir ki, zəngin ölkələrin dünyadakı başqa ölkələri COVID-19 vaksinlərinə çıxışla təmin etməməlri “ictimai sağlamlığa düşüncəsiz yanaşmadır” və variantların, o cümlədən yüksək yoluxuculuğa malik omikron variantının yaranması üçün şərait yaradır.

The Telegraph-da yer alan məlumata görə, alimlər Britaniya Baş Naziri Boris Consona ünvanladıqları məktubda bildiriblər ki, Britaniya xalqı və Milli Səhiyyə Xidməti Britaniyanın qlobal vaksinasiya siyasəti səbəbindən risk qarşısında buraxılıblar.

Reuters xəbər verir ki, məktubda Britaniya hökuməti COVID-19 vaksinləri, testləri və müalicələrinin əqli mülkiyyət hüquqlarından imtina etməyə çağırılır.

The Telegraph-ın məlumatına görə, məktubu imzalayan alilmər arasında Nobel sülh mükafatı laureatı və Milli Səhiyyə Xidmətinin sabiq baş icraçısı var.

Dünya boyu 3 milyard insan hələ də vaksin olunmayıb.

Bu arada isə Rusiyada omikron variantı yayılmağa başlayandan bəri şənbə günü ilk dəfə olaraq gündəlik yoluxmalar 100 000-i keçib. Hökumətin koronavirusla mübarizə işçi qrupu 113 122 yeni yoluxma halının qeydə alındığını bildirib ki, bu yanvar ayının əvvəli ilə müqayisədə yeddi qay artım deməkdir.

İşçi qüvvə həmçinin koronavirusdan 668 ölüm halının qeydə alındığını bildirib ki, bu da ölkədə COVID-dən ölənlərin ümumi sayı 330 111-ə çatıb və bu da Avropada ən yüksək göstəricidir.

Yeni Dehlidə həftə sonu komendant saatı qaldırılıb və bununla da restoran, market və teatların işlərini müvəqqəti olaraq yenidən açılmasına icazə verilib.

Hindistanın paytaxtı omikron variantının səbəb olduğu üçüncü təsirinə ən çox məruz qalan yerlərdən birinə çevrilib. Şəhər hökuməti yanvarın 4-də komendant saatı tətbiq edib, restoran və məktəblərin bağlanmasına göstəriş vermişdi.

Cümə günü Çində rəsmilər və Qış Olimpiya idmançıları arasında koronavirusa 19 yoluxma halı qeydə alınıb və bununla da toplam sayı 36 çatıb.

Papa Fransis cümə günü Benyəlxalq COVID-19 Vaksinləri ilə Bağlı Katolik Media Konsorsiumunda çıxışında deyib ki, “doğru şəkildə məlumatlanmaq, məsələləri saxta xəbərlər deyil, elmi məlumatlar əsasında anlamaq insan hüququdur.”

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünya boyu COVID-19-a 370 milyon yoluxm halı qeydə alınıb və indiyədək 10 milyarda yaxın vaksin tətbiq olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG