Accessibility links

Fizika üzrə Nobel mükafatı elektronların dinamikasında kəşfə görə 3 alimə verilib


Fizika üzrə Nobel Mükafatı çərşənbə axşamı atomlardakı elektronları saniyələrin kəsimində müşahidə etmiş üç alimə verilib.

ABŞ-ın Ohayo Dövlət Universitetindən Pyerre Agostini, Almaniyanın Maks Plank Kvant Optik İnstitutu və Münhen Lüdviq Maksimilian Universitetinin əməkdaşı Ferents Krauş; və İsveçin Lund Universitetinin əməkdaşı Ann Li Uilye mükafata layiq görülüblər.

Mükafatı Stokholmda elan edən İsveç Kral Elmlər Akademiyasına görə, onların təcrübələri "bəşəriyyətə atomların və molekulların daxilində elektronlar dünyasını araşdırmaq üçün yeni alətlər verib". Onlar "elektronların hərəkət etdiyi və ya enerji dəyişdirdiyi sürətli prosesləri ölçmək üçün istifadə edilə bilən olduqca qısa işıq impulsları yaratmağın bir yolunu nümayiş etdiriblər".

Hazırda bu elmi sahə praktiki tətbiqlərdən daha çox kainatımızı dərk etməklə bağlıdır, lakin ümid edilir ki, bu, nəticədə daha yaxşı elektronika və xəstəliklərin diaqnozuna gətirib çıxaracaq.

Fizika üzrə Nobel Komitəsinin sədri Eva Olsson deyib ki, "Atosecond elmi bizə Albert Eynşteynin 1921-ci ildə fizika üzrə Nobel mükafatını aldığı fotoelektrik effektin zaman şkalası kimi fundamental sualları həll etməyimizə imkan verir".

Nobel mükafatlarına 11 milyon İsveç kronu (1 milyon dollar) məbləğində pul mükafatı daxildir. Bu maliyyə 1896-cı ildə vəfat edən isveçli ixtiraçı Alfred Nobelin vəsiyyəti ilə yaradıcısı olduğu Nobel mükafatları fondundan gəlir.

Keçən il üç alim birlikdə kiçik hissəciklərin ayrıldıqda belə bir-biri ilə əlaqə saxlaya biləcəyini sübut etdikləri üçün fizika üzrə Nobel mükafatına layiq görülüblər. Bu fenomen bir zamanlar şübhələr doğururdur, lakin indi məlumatların şifrələnməsi kimi potensial real dünya tətbiqləri üçün araşdırılır.

Forum

XS
SM
MD
LG