Accessibility links

Əsəd qüvvələri atəşkəsi pozub


Prezident Bəşər Əsədə loyal Suriya qüvvələri bu gün - BMT-nin vasitəçilik etidiyi atəşkəsin üçüncü günündə - Homs şəhərini artilleriya atəşinə tutublar.

BMT Təhlükəsizlik Şurası Suriyada cərəyan edən zorakılıqlara son qoyulması məqsədilə oraya müşahidəçi missiyası göndərmək üzərində səs verəcək.

Hələlik Əsədin müttəfiqi Rusiyanın qətnamə layihəsini dəstəkləyəcəyi aydın deyil. Həmin layihə Suriyaya 30 silahsız müşahidəçinin göndərilməsini nəzərdə tutur, əks təqdirdə Dəməşqi “əlavə ölçülərlə” hədələyir.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu Homsun bombalanması nəticəsində bir neçə adamın yaralandığını xəbər verir. Röyterz xəbrə agentliyi məscid minarəsindən qara tüstünün qalxdığını göstərib.

Fəallar həmçinin dünən Əsəd qüvvələrinin 5 nümayişçini qətlə yetirdiklərini xəbər verirlər.

XS
SM
MD
LG