Accessibility links

SDF: Rəqqadakı partlayış intihar hücumu deyil, mina partlayışıdır


ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) Suriyanın Rəqqa şəhərindəki partlayışın intihar hücumu deyil, mina partlayışı olduğunu bildirib.

SDF-in mətbuat katibi Mustafa Bali jurnalistlərə deyib ki, daha əvvəl hücumun 2017-ci ildə ələ keçirilən İŞİD yaraqlısının intihar hücumu olduğuna dair onlayn yayılan xəbər yanlışdır.

Son aylar İŞİD-in nəzarətindən geri alınsa belə Suriyanın şimal-şərq bölgələrində bomba hücumlarının sayı artıb.

Suriya Demokratik Qüvvələri islam Dövləti yaraqlılarını 2017-ci ildə şəhərdən çıxamasına baxmayaraq, ABŞ-ın rəhbərlik etdiyi koalisyanın hava hücumlarıda daxil edilən qızğın hərbi ampaniyaar Rəqqanın çox hissəsini viranəliyə çevirib.

ABŞ-ın dəstəklədiyi qüvvələr martın 23-də Suriyanın şimal-şərqində Bağuz şəhəri üzərində bayraqlarını dalğalandırıb və İslam Dövləti terror qrupunun elan etdiyi xilafətin artıq mövcud olmadığını bildirib.

Suriya Demokratik Qüvvələrinin uzun müddətdir gözlənilən açıqlaması gecə boyu keçirilən bir sıra koalisiya hava hücumlarından sonraya təsadüf edib.

Suriya döyüşçüləri İslam Dövləti üzərində qələbə elan etməsindən sonra ərazilərin partlayıcılardan təmizlənməsinə başlayıb.

Kürdlərin Suriyanın Demokratik Qüvvələri (SDF) sözçüsünün bildirdiyinə görə, yaraqlıların son dayanacağı olan kənd partlayıcılarla doludur. Döyüşçülər minalar və intihar kəmərlərini zərərsizləşdirir.

XS
SM
MD
LG