Accessibility links

Seçici: Qonşudan soruşdum bələdiyyə nədir?


Bələdiyyə seçkisi

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Saat 8-də 118 seçki dairəsinin 5049 seçki məntəqəsi səsvermə üçün açılıb. 1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır.

Namizədlərin üçdə biri 13 partiyanın nümayəndələridir.

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
please wait

No media source currently available

0:00 0:03:37 0:00

Amerikanın Səsinin müxbiri paytaxt Bakının mərkəzi küçələrində bir neçə məntəqədə olub. Məntəqələrdə yalnız Yeni Azərbaycan Partiyasının və müstəqil müşahidəçilərin olduğunu görüb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 20 saylı məntəqəsində müstəqil müşahidəçi Gülarə Quliyeva Amerikanın Səsinə bildirib ki, müşahidə aparmaq üçün seçki məntəqəsinin yerləşdiyi məktəbin rəhbərliyinə müraciət edib.

Seçki məntəqəsində səlahiyyətli şəxsin müşahidəçisi stolunda oturan şəxs isə Amerikanın Səsinə hamının müşahidəçisi olduğunu deyib.

Həmin seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçilər stolunda yalnız Yeni Azərbaycan Partiyasının müşahidəçisi İmaməddin Əliyev əyləşib. O, seçki məntəqəsinin yerləşdiyi məktəbdə müəllimdir.

İmaməddin Əliyev Amerikanın Səsinə səsvermənin qaydasında davam etdiyini bildirib.

Paytaxtın mərkəzi küçələrində yerləşən seçki məntəqələrində seçici fəallığı müşahidə edilmir.

Bələdiyyə seçkisi
Bələdiyyə seçkisi

Qumru Məmmədova paytaxt sakinidir. O səs vermək üçün məntəqəyə gəlib. Ancaq Qumru Məmmədova bələdiyyənin insanların həyatında əhəmiyyətinin olmadığını düşünür.

“Mən bələdiyyənin kim olduğunu görməmişəm. Heç bilmirəm onlar kimlərdir. Qonşudan da soruşdum bələdiyyə nədir? Dedilər ki, torpaq işinə, sahələrə, kolxozçulara baxırlar. Mən də kolxozçu deyiləm, savadlıyam,” o deyib.

Yaşar Əliyev artıq səs verib. Buna baxmayaraq o, Amerikanın Səsinə bələdiyyələrin problemlərin həllində rolunu görmədiyini deyib.

“Bələdiyyələrdən narazıyıq. Arzu edirik yaxşı işləsinlər. Xalqla təmasda olsunlar. Onları xalq görmür,” o qeyd edib.

XS
SM
MD
LG