Accessibility links

Seçki nəticələri Netanyahunun beşinci dəfə baş nazir olacağını göstərir


Belə görünür İsrailin baş naziri Benyamin Netanyahu artıq beşinci dəfə baş nazir vəzifəsinə seçiləcək, çünki çərşənbə günü açıqlanan nəticələr parlament seçkilərində onun Likud Partiyası və sağçı müttəfiqlərinin koalisiya höküməti yaratmaq üçün lazım olan nəticələri əldə etdiyini göstərir.

Səslərin artıq 97 faizi hesablanıb və nəticələr Likud ilə sabiq ordu başçısı Benni Qantzın başçılıq etdiyi mərkəzçi Mavi və Ağ Partiyasının əldə etdiyi nəticələrin biri-birinə oxşar olduğunu göstərir.

Heç bir partiya Knessetdə çoxluğu əldə edə bilmədiyi üçün koalisiya yaradılmalı olacaq. Likud və müttəfiqləri 120 üzvlük parlamentdə 65 yerə sahib ola bilər.

Səsvermə bitəndən bir neçə saat sonra hər iki tərəf qalib olduğunu elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara.
İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara.

Çərşənbə günü əlavə nəticələr açıqlanandan sonra Netanyahu tərəfdarlarına deyib ki, Likud “böyük qələbə” əldə edib. O bildirib ki, onun mümkün koalisiyası sağçı hökümət olsa da, o “hər kəsin baş naziri” olacaq.

Netanyahunun bu sözləri seçki kampaniyasının son günlərində mühafizəkar elektoratını gücləndirmək məqsədilə seçicilərə verdiyi vədlərdən çox fərqlənir. O, işğal olunmuş İordan çayının qərb sahilində yaşayış məntəqələrini anneksiya edəcəyinə söz verib. Bu addım isə İsrailin yanında müstəqil Fələstin dövləti yaratmaq şansını aradan qaldıra bilər.

Qantz Netanyahunun vədini “məsuliyyətsiz”adlandırıb. O deyib ki, İsrailin İordan çayının qərb sahilində böyük yaşayış məntəqələrinə və ərazinin təhlükəsizliyi üzərindəki nəzarəti əlində saxlayacağı “beynəlxalq ictimaiyyətin dəstəklədiyi sülh razılığı”nı dəstəkləyir.

Qantz özünü İsraili birləşdirən güc kimi təsvir edib və artıq Netanyahunu hakimiyyətdən göndərmək vaxtının çatdığını deyib.

Partiyası koalisiya yaratdığı təqdirdə Netanyahu İsrailin ən uzun müddət hakimiyyətdə olmuş lideri olacaq.

Lakin Netanyahu ilə bağlı cinayət istintaqları aparılır.

İsrailin baş prokuroru deyib ki, o, Netanyahunu rüşvətxorluq, saxtakarlıq və vəzifəsindən sui-isitfadədə təqsirləndirəcək. Netanyahu isə bu istintaqı “ifritə ovu” adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG