Accessibility links

Seçkilərdə siyasi reklam - bir saniyəsi 65 manat


Mərkəzi Seçki Komissiyasl-logo
Mərkəzi Seçki Komissiyasl-logo

MSK: 60-dan çox seçki dairəsində namizədi qeydə alınan qurumlara pulsuz efir vaxtı veriləcək

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkətində,"Azərbaycan”, "Xalq” və"Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Bu barədə Mərkəızi Seçki Komissiyası məlumat yayıb.

Mərkəzi Seçki Komissiyası bildirir ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

İctimai televiziya-logo
İctimai televiziya-logo

İTV: Siyasi reklamın bir saniyəsi 22-65 manat arasında dəyişir

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.

“Qanunvericiliyə uyğun olaraq, ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək. Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Ödənişli təbliğata gəlincə, İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır,” İTV-nin açılqamasında deyilir.

Müşahidəçilərin qənatəinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyasından başqa seçkidə iştierak edən digər partiya və blokların 60 seçki dairəsində namizədinin qeydə alınacağı gözlənilmir.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Müsavat Partiyasının namizədlərinin pullu efir vaxtını almaq imkanı olmayacaq

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, pullu efir vaxtı ilə bağlı çox ciddi problem var.

Arif Hacılı: Müsavat Partiyasının namizədlərinin pullu efir vaxtını almaq imkanı olmayacaq
please wait

No media source currently available

0:00 0:01:48 0:00
Pulsuz efir vaxtının verilməsi üçün müraciət etmişik. Təəssüf ki, müraciətlərimiz hələlik cavabsız qalıb.
Arif Hacılı, Müsavat Partiyasının başqanı


“Çünki pullu efir vaxtı həddinən artıq bahadır və Müsavat Partiyasının deputatlığa namizədlərinin bu efir vaxtını almaq imkanları olmayacaq. Biz Mərkəzi Seçki Komissiyasına hər bir namizədə 10 dəqiqə pulsuz efir vaxtı ayırması üçün müraciət etmişik. Eyni zamanda pulzuz efir vaxtında ictimai debatlar, diskussiyalar təşkil olunsun. Bununla yanaşı İctimai Televiziyaya həftədə üç dəfə yarım saat olmaqla pulsuz efir vaxtının verilməsi üçün müraciət etmişik. Təəssüf ki, müraciətlərimiz hələlik cavabsız qalıb,” o qeyd edib.

Müsavat Partiyasının başqanı təbliğat və təşviqat kampaniyası zamanı plakatların yapışdırılması, qapı-qapı ünsiyyət və digər təşviqat üsullarından istifadə ediləcəyini deyib. O həmçinin sosial medianın imkanlarından da yararlanılacağını bildirib.

Natiq Cəfərli. (photo by: Parvana Bayramova
Natiq Cəfərli. (photo by: Parvana Bayramova

Natiq Cəfərli: Siyasi reklamdakı fikirləri yaymaq üçün `senzuranı` aşmaq mümkün deyil

ReAl Partiyasının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, mediada siyasi reklamların qiyməti qaneedici deyil.

O həmçinin deyib ki, şəhərlərin mərkəzi hissələrində siyasi nöqteyi-nəzərli reklamları yerləşdirmək də mümkün deyil.

Natiq Cəfərli: Siyasi reklamdakı fikirləri yaymaq üçün `senzuranı` aşmaq mümkün deyil
please wait

No media source currently available

0:00 0:01:33 0:00
Siyasi reklam məsələsində azadlıq, rəqabət, sərbəstlik havası yoxdur.
Natiq Cəfərli, siyasətçi


“Siyasi reklam məsələsində azadlıq, rəqabət, sərbəstlik havası yoxdur. Çünki televiziya, çap mediası, küçə reklamlarının baha olması ayrı bir məsələdir. Qiymətlərin baha olması bir problemdir. Amma siyasi reklam üçün vəsait tapsan belə, həmin reklamda əks olunan fikirlərin yayılması üçün `senzuranı` aşmaq mümkün deyil. Bu anlamda Azərbaycanda siyasi reklamlarla bağlı vəziyyət heç də ürəkaçan deyil,” Cəfərli qeyd edib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli: Siyasi reklamın qiyməti kommersiya reklamından azı 15 dəfə çoxdur

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycanda kommersiya reklamları çox azdır və qiymətləri çox aşağıdır. Hətta bu sahədə televizyalarda reklam qıtlığı var. Komersiya reklamlarının miqdarına görə, Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə çox geridədir.

Ələsgər Məmmədli: Siyasi reklamın qiyməti kommersiya reklamından azı 15 dəfə çoxdur
please wait

No media source currently available

0:00 0:01:38 0:00
Praym-taym üçün bir dəqiqəyə 4602 manat müəyyən edib.
Ələsgər Məmmədli, ekspert


“Buna baxmayaraq siyasi reklamlar anormal şəkildə çox bahadır. Düzdür parlament seçkilərində televizyalar siyasi rekalmalardan qaçıb. 12 ümumrespublika, 12 region televiziyasından yalnız biri - İctimai televiziya siyasi reklamın qiymətini müəyyən edib. O da praym-taym üçün bir dəqiqəyə 4602 manat müəyyən edib. Bu həddən artıq böyük rekorddur, Azərbaycanda kommersiya reklam qiymətlərindən azı 15 dəfə çoxdur. Bu rəqəmin arxasında yatan məntiq - siyasi çıxışlardan çəkinmək və onları öz efirinə daşımamaq məqsədi daşıyır,” ekspert qeyd edib.

XS
SM
MD
LG