Accessibility links

Seçkilərdən sonra Vaşinqton siyasi qeyri-müəyyənlik qarşısında


Seçkilərdən sonra Vaşinqton siyasi qeyri-müəyyənlik qarşısında
please wait

No media source currently available

0:00 0:02:53 0:00

2018-ci il Konqresə ara seçkilərdə demokratların Nümayəndələr Palatasının nəzarətini ələ alması, respublikaçıların isə Senatda nəzarəti gücləndirməsindən sonra Vaşinqtonda siyasi güc balansı dəyişir. Ara seçkilərin nəticələri bir çoxlarının fikrincə, Donald Trampın prezidentliyinin növbəti iki ilində hakimiyyəti ilə bağlı verilmiş qərardır. Təhlilçilərin bir hissəsi hesab edir ki, iki partiya Konqresdə əməkdaşlıq ruhunda birgə iş apara bilər, digərləri isə güc balansının dəyişdiyi şəraitdə Vaşinqtonda siyasi kursun qeyri-müəyyən olduğunu deyir.

Prezident Donald Tramp Ağ Evdə mətbuat konfransı zamanı Nümayəndələr Palatasına nəzarət edən demokratlarla birgə işin mümkünlüyündən danışıb.

“Mən iki partiya arasında iş birliyini görmək istəyirəm. Mən birlik görmək istəyirəm və fikrimcə, buna yaxşı imkan var. Bəlkə hər bir şeydə bu mümkün deyil amma, mən bunun üçün yaxşı imkanın olduğunu düşünürəm.”

Tramp həmçinin respublikaçıların Senatda üstünlüyə nail olmasında öz rolunu qeyd edib.

“Fikrimcə, gördüyüm nəticələr onu göstərir və hətta onu təsdiq edir ki, insanlar məni və gördüyüm işləri açığı bəyənir.”

Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi Trampla səhiyyə xidmətləri və başqa sahələrdə birgə iş məsələsini açıq qoyub.

“Biz hər iki partiyanın birgə işinə səy göstərəcəyik. Biz inanırıq ki, bizim mümkün olan sahələrdə bir araya gələ bilmək kimi bir məsuliyyətimiz var. Bunu edə bilmədikdə öz mövqelərimizdə möhkəm durmalıyıq.”

Demokratlar Nümayəndələr Palatasının nəzarətini ələ almalarından razıdır, lakin Senatda zəif nəticələr onları qane etmir.

Keçmiş konqresmen Patrik Mörfi Amerikanın Səsinə müsahibə verib.

“Mənim gözlədiyim kimi çox sayda demokratları görə bilmədik və mənə elə gəlir ki, bu onu göstərir ki, burada söhbət daha məsələlər deyil, Donald Tramp haqdadır.”

Washington Post qəzetinin təhlilçisi Karen Tomulti seçkilərdən sonra Vaşinqtonun siyasi kursunun qeyri-müəyyən olduğunu deyir.

“Vəziyyətlə bağlı mühakimə yürütmək çox çətindir. Burada elə bil ki, `mavi (demokratların rəmzi rəngi-red.) dalğa `qırmızı (respublikaçıların rəmzi rəngi-red.) divara` dəyir. Fikrimcə, bunun nəticəsi olaraq bizim müttəfiqlərimizə Konqresdə qarşıdurmalardan başqa, vəziyyəti başa düşməsi çox çətin olacaq.”

Təhliliçi Con Fortiyer isə Tramp və demokratlar arasında əməkdaşlığın mümkünlüyünü qeyd edir.

“Həll edilməsi mümkün məsələlər olacaq, lakin bunun üçün bir-birindən çox uzaqda olan demokratlar və resoublikaçıların əməkdaşlığı lazımdır. Bəzi işləri görmək mümkündür, amma Trampın gündəmini deyil.”

Təhlilçi Molli O`Rurke deyir ki, demokratlar Ağ Evlə bağlı təhqiqatlara başlasa, prezident geri çəkilə bilər.

“Trampın hakimiyyəti altında Ağ Evdə həyat Demokratların nəzarətindəki Konqresin qanunvericilik gündəmi ilə yanaşı, administrasiyanın idarə edilməsində onu sınağa çəkə bilməsi ilə tam fərqli ola bilər.”

Ara seçkilərdən sonra prezident Tramp həm döyüşə hazır, həm də siyasi baxımdan daha cəzarətli və iki ildən sonra yenidən seçilmək üçün gərgin kampaniyaya hazır kimi görünür.

XS
SM
MD
LG