Accessibility links

Seçkilərin ardınca Tramp administrasiyası yeni təhqiqatlarla üzləşir


Nümayəndələr Palatasına nəzarəti ələ keçirmiş Demokratlar Prezident Donald Trampın biznes imperiyası və siyasəti ilə bağlı təhqiqatlara başlayacaqlarını deyirlər.

Tramp hakimiyyətə gəldikdən bəri Konqresin hər iki palatasına nəzarət edən Respublikaçılar indiyədək Ağ Evdəki partiyadaşlarına qarşı təhqiqat aparmağa meyl göstrəməyiblər.

Xoşuna gəlməsə də Tramp və onun administrasiyası qanunlarımız və Amerika xalqı qarşısında cavabdeh tutulacaq.
Cerold Nadler, Demokrat Konqresmen

Lakin bir vaxtlara Trampı siyasətdən qazanc məqsədilə sui-istifadədə ittiham edən Demokrat konqresmen Cerold Nadler deyib ki, "seçkilər Amerika xalqının öz hökumətindən cavadehlik tələb etdiyini göstərir."

Nadler deyib ki, Trampın xoşuna gəlməsə də o, və onun administrasiyası "qanunlarımız və Amerika xalqı qarşısında cavabdeh tutulacaq."

Tramp Ağ Evdə keçirdiyi mətbuat konfrasında bildirib ki, əgər Demokratlar bir sıra yeni təhqiqatlara başlasalar, “biz eyni şeyi edəcəyik və hökumət iflic olacaq.”

Ara seçkilərində qələbədən sonra Kaliforniyalı Demokrat konqresmen Adam Şifin Nümayəndələr Palatasında kəşfiyyat komitəsinə rəhbərlik edəcəyi gözlənilir. O, Trampın sərt tənqidçisi kimi tanınır.
Ara seçkilərində qələbədən sonra Kaliforniyalı Demokrat konqresmen Adam Şifin Nümayəndələr Palatasında kəşfiyyat komitəsinə rəhbərlik edəcəyi gözlənilir. O, Trampın sərt tənqidçisi kimi tanınır.

O, əvvəllər olduğu kimi xüsusi prokuror Robert Mallerin 2016-cı ildə Trampın qələbəsi ilə nəticələnən seçkilərə Rusiyanın müdaxiləsi üzrə təhqiqatını yenidən tənqid edib.

“Bu, rüsvayçılıqdır. Bu, ölkəmiz üçün rüsvayçılıqdır,” Tramp deyib.

İki aparıcı Demokrat konqresmen Nümayəndələr Palatasında Nəzarət Komitəsinə rəhbərlik edəcək Elayjah Kamminqz və Kəşfiyyat Komitəsinə rəhbərlik edəcək Adam Şiff Tramp və onun administrasiyası üzərində yeni nəzarət yaradılmasına çağırıblar.

Xüsusi məsləhətçi Robert Maller 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi üzərində təhqiqat aparır. Prezident Tramp dəfələrlə həmin təhqiqatı tənqid edərək onu qərəzdə günahlandırıb.
Xüsusi məsləhətçi Robert Maller 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi üzərində təhqiqat aparır. Prezident Tramp dəfələrlə həmin təhqiqatı tənqid edərək onu qərəzdə günahlandırıb.

"Mən Tramp administrasiyasında israfçılığa, fırıldağa və özbaşınalığa işıq saçmağı planlaşdırıram," Kamminqz çərşənbə günü bildirib.

Bəzi Demokratlar Trampa qarşı impiçment dinləmələrinin başlanmasına çağırıblar, lakin çoxları Mallerin 18 aylıq təhqiqatının başa çatmasını və yekun hesabatı gözləyirlər.

XS
SM
MD
LG