Accessibility links

Seçkilərdə məşvərətçi səs hüquqlu şəxs yoxa çıxıb


Fuad İsmayılov
Fuad İsmayılov

32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılov martın 7-dən yoxa çıxıb.

Bu barədə Fikrət Cəfərli Facebook səhifəsində məlumat yayıb.

“9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8-ci seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvüm Fuad İsmayılov 7 mart saat 14:00-da evdən çıxıb və indiyə kimi onunla heç bir əlaqə saxlamaq olmur. Fuad İsmayılovun anası oğlunun yoxa çıxması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verib,” o qeyd edib.

Firkət Cəfərli Amerikanın Səsinə bildirirb ki, Daxili İşlər Nazirliynin 102 Zəng Mərkəzi hələ Fuad İsamyılovun axtarışının davam etdirildiyini bildirirb.

Fikrət Cəfərli seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı video da yayıb. Videoda Fuad İsmayılov səsvermə zamanı qanun pozuntusunun qarşısını alarkən polis əməkdaşları məntəqəyə daxil olur və onu zorla məntəqədən çıxarmağa cəhd edir.

Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red) yazdığına görə saxlanılmışdı.

Rəsmi qurumlar hələ İsmayılovun saxlanılması barədə məlumat yaymayıb və onun ailəsinə də hər hansı məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG