Accessibility links

Seçkiqabağı media monitorinqi – “obyektivlik, tərəfsizlik, qərəzsizlik, plüralizm prinsiplərinə əməl olunmur”


Media monitorinqi
Media monitorinqi

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı seçki kampaniyasının ilk mərhələsində medianın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib.

Hesabatda 11 dekabr 2019-cu ildən 16 yanvar 2020-ci ilədək (seçki kampaniyası başlamadan öncə) medianın monitorinqi əksini tapıb.

Araşdırma obyektləri AzTV, İTV və “Real” TV, “AzərTAC” Dövlət İnformasiya Agentliyi (www.azertag.az), rəsmi “Azərbaycan” qəzeti, “Report”, “Turan” informasiya agentlikləri, “Meydan TV” İnternet-nəşr, müxalifəyönlü “Azadlıq” (www.azadliq.info) qəzeti olub.

Televiziya kanallarında monitorinq 37 gün ərzində hər gün 4 saat “prime-time”ı (saat 19.00-dan 23.00-a qədər) əhatə edib. Hakimiyyətin xeyrinə informasiyanın mütləq üstünlük təşkil etməsi, hökuməti tənqid edən materialların və müxalifət haqqında müsbət informasiyanın olmaması aşkar edilib.

Həmçinin medianın obyektivlik, tərəfsizlik, qərəzsizlik, plüralizm kimi universal prinsiplərinə əməl olunmaması aşkar edilib.

Monitorinqlər müəyyən edib ki, telekanallar demokratik cəmiyyətdə yayımçıların həyata keçirdikləri funksiyalardan uzaqdır.

Etik prinsiplərə riayət edən resurslar arasında “Turan” agentliyi və “Meydan” TV-nin adları çəkilib.

Dövlət KİV-ləri – “Azərbaycan” qəzeti və “AzərTAC” agentliyi hakimiyyətin xeyrinə çox sayda material dərc edib, lakin müxalifətə qarşı materiallar da az olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG