Accessibility links

Səad Həriri: Mən Livanın gələcəyini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında qalmışam


Livan baş naziri Səad Həriri deyir ki, o, şok istefa açıqlaması verdiyi Səudiyyə Ərəbistanında regionun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün qalır.

“Mənim krallıqda qalmağım Livanın və onun ərəb qonşuları ilə gələcəyi barədə məsləhətləşmə aparmaq məqsədi daşıyır,” o, Tvitterdə Fransaya səfəri ərəfəsində yazıb.

Həriri əlavə edib ki, onun Riyadda qalması, Livandan çıxması yaxud ailəsi barədə digər hər hansı bir informasiya “yalnız şaiyə”-dir.

Mənim krallıqda qalmağım Livanın və onun ərəb qonşuları ilə gələcəyi barədə məsləhətləşmələr aparmaq məqsədi daşıyır.

Bu ayın əvvəlində istefa verdiyini elan etməsindən bəri Həriri Səudiyyə Ərəbistanında qalıb. Onun bu addımı Həririnin Riyadda məcburən saxlanıldığına dair spekulyasiyalara və Livan Prezidenti Mişel Aunun Həririnin saxlanılması barədə bəyanat verməsinə yol açıb.

Aun aydın edib ki, Həriri Livana qayıdanadək, o, baş nazirin istefasını qəbul etməyəcək.

Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Adil əl Cübeyr ölkəsinin Həririni zorla ölkədə saxlaması barədə deyilənləri “əsassız iddialar” kimi rədd edib. O, əlavə edib ki, Həriri istədiyi zaman Səudiyyə Ərəbistanını tərk etməyə azaddır.

İran və Suriya hökumətləri tərəfindən dəstəklənən Hezbulla ilə baş nazir Səad Həriri arasında münasibətlər gərgindir.
İran və Suriya hökumətləri tərəfindən dəstəklənən Hezbulla ilə baş nazir Səad Həriri arasında münasibətlər gərgindir.

Həriri həm Livan, həm də Səudiyyə Ərəbistanının vətəndaşıdır. Özünün təəccüb doğuran istefa çıxışında o deyib ki, Hizbullah və onu dəstəkləyən iranlılar ölkəni ələ almaq üçün tələ qurur. "Bu isə bütün Yaxın Şərqdə stabilliyi pozacaq," deyə o bildirib.

Həriri eyni zamanda öz həyatı üçün də qorxduğunu etiraf edib. Hezbulla 2005-ci ildə onun atası, sabiq baş nazir Rafik Həririnin ölümü ilə nəticələnmiş avtomobil partlayışında günahlandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Hizbullah" lideri: Müharibə başlasa, İsraildə "təhlükəsiz yer olmayacaq"
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG