Accessibility links

ABŞ-da körpünün uçması nəticəsində itkin düşən altı nəfərin öldüyü güman edilir


Rəsmilər deyir ki, çərşənbə axşamı ABŞ-ın şərqindəki Baltimor şəhərində böyük körpünün uçması nəticəsində itkin düşən altı işçinin öldüyü güman edilir.

İşçilər yük gəmisinin sütunlarından birinə dəyərək Patapsko çayına çökməsinə səbəb olduğu Francis Scott Key körpüsündə çuxurları doldurub, betona yamaqlar vuran səkkiz nəfərlik təmir briqadasının bir hissəsidir.

İşçilərdən ikisi xilas edilib. Biri ağır vəziyyətdə travmatologiya mərkəzinə aparılıb, digəri isə xəsarət almayıb.

Dalğıclar digər potensial zərərçəkənləri 9 dərəcə soyuq havada axtarıblar, gecə isə axtarış səylərini sonladırıblar.

ABŞ Sahil Mühafizə Xidmətinin kontr-admiralı Şannon Gilrit çərşənbə axşamı gecə saatlarında müxbirlərə deyib ki, Sahil Mühafizə Xidməti axtarış-xilas etmə əməliyyatını dayandırır. O deyib ki, hadisədən ötən zamanın uzunluğu və çaydakı suyun soyuq temperaturu səbəbilə altı işçinin hələ də sağ olduğu ehtimalı azdır.

Merilendin qubernatoru Ves Mur deyib ki, xilasetmə əməliyyatını sonlandırmaq “çətin bir günə həqiqətən ürəkparçalayan bir sondur.”

Qubernator deyib ki, federal, ştat və lokal səviyyədəki rəsmilər itkin düşən işçiləri tapmaq üçün hər bir resursdan istifadə edəcək.

Qvatemala xarici işlər nazirliyi çərşənbə axşamı açıqlama yayaraq, işçilərdən ikisinin Qvatemala vətəndaşı - birinin Peten bölgəsindən 26 yaşlı bir şəxs, digərinin isə Çiquimula bölgəsindən 35 yaşlı bir şəxs olduğunu bildirib.

Merilend ştatının qubernatoru Ves Mur daha öncə müxbirlərə bildirib ki, Sinqapur bayrağı altında üzən Dali gəmisində Baltimor Limanını tərk edəndən qısa bir müddət sonra elektrik kəsilib. Mur deyib ki, gəminin pilotları toqquşmadan qısa müddət əvvəl təhlükənin olduğuna dair siqnal veriblər və bu da, nəqliyyat rəsmilərinə körpünün üzərindən keçən dövlətlərarası magistral yol boyunca hərəkəti tez bir zamanda dayandırmağa imkan verib.

"Bu insanlar qəhrəmandır. Onlar dünən gecə insanların həyatlarını xilas etdilər," qubernator deyib.

Mobil telefonla çəkilən videoda Dali adlı konteyner gəmisinin çərşənbə axşamı körpünün sütunu ilə toqquşmasından sonra onun çaya çökdüyü göstərilib. Gəminin eni 48 metr (157 fut), uzunluğu 300 metrdir (984 fut) və o, Şri-Lankaya istiqamət alan yük konteynerləri ilə yüklənmişdi.

Dali-nin idarəçisi olan Synergy Marine Corp gəminin körpünün sütunlarından biri ilə toqquşduğunu və göyərtəsində olan iki pilot da daxil olmaqla, bütün ekipaj üzvlərinin həyatda olduğunu və xəsarət alanın olmadığını açıqlayıb.

The New York Times xəbər verir ki, ötən il Çilidəki bir limanda Dali-nin yoxlanılması zamanı gəmidə “hərəkət və köməkçi mexanizm” ilə bağlı çatışmazlıq aşkar edilib. İyunun 27-də San Antonio limanında aparılan yoxlamada problemin sayğaclar və termometrlərlə bağlı olduğu bildirilib. Lakin sonradan aparılan yoxlama zamanı heç bir nöqsan aşkar edilməyib.

CNN xəbər verir ki, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının müstəntiqləri, ehtimal ki, gəminin məlumatları qeyd edən cihazını bərpa etmək üçün çərşənbə günü ilk dəfə Dali gəmisinə daxil olacaqlar. Baltimor şəhərinin yanğınsöndürmə xidmətinin rəisi Ceyms Uolles şəbəkəyə bildirib ki, yerli, əyalət və federal dalğıc qrupları çərşənbə günü qəza ərazisinin sualtı xəritələşdirilməsi prosesinə başlayacaq.

ABŞ prezidenti Co Bayden qəzadan bir neçə saat sonra Ağ Evdə deyib ki, o, Konqresdən körpünün bərpası üçün federal maliyyə yardımı istəyəcək. Bayden tezliklə hadisə yerini ziyarət etməyi planlaşdırır.

Bayden 15 000 iş yerinin olduğunu "bu limanı yenidən quracağıq" deyib. "Biz bu körpünü mümkün qədər tez bərpa edəcəyik."47 yaşlı, 2,5 kilometr uzunluğundakı körpü ABŞ-ın ən böyük limanlarından biri olan Baltimor şəhərini əhatə edən avtomagistral yolunun əsas hissəsidir.

Bayden, adi bir gündə körpüdən 30 min avtomobilin keçdiyini bildirib. Baltimor limanına daxil olan və xaricə gedən bütün yük daşımaları dayandırılıb.

Körpü daha sonra ABŞ-ın milli himninə çevrilən “The Star Spangled Banner” şeirinin müəllifi Fransis Skot Kinin adını daşıyır.

Ki 1814-cü ildə Baltimorda ABŞ-ın böyük hərbi qalasının Britaniya tərəfindən bombalanmasının şahidi olduqdan sonra həmin şeiri yazmağa ilhamlanıb.

Forum

XS
SM
MD
LG