Accessibility links

Sietl bağları


Sietl bağları
please wait
Embed

No media source currently available

0:00 0:02:59 0:00

Amerikanın Sakit okean sahilindəki şimal-qərb ərazisinin ən böyük icma bağ layihələrindən biri 50 illik yubileyini qeyd edir.

Rəngarəng çiçəklər, tərəvəzlər, vəhşi təbiət və sənət əsərləri - bütün bunlar Sietl boyu səpələnib. Bu 90 bağın hər biri öz ərazisinin unikal ruhunu əks etdirir.

Körpünün altındakı məşhur Frimont məhəlləsindəki Troll təpəsi kiçik olsa da, diqqət cəlb edir. İnterbay sahəsi dağıntılar üzərində yaradılıb. Uolles Lorenko-Vlaskampın bağları şəhərin mərkəzindəki Apqarden adlı damın üstündədir. "Biz Space Needle-in qarşısındakı gözəl ərazi kimi tanınırıq. Və mənim üçün ən yaxşı yerdir, çünki bura sakitdir. Əvvəlcə burada quruldu, çünki onlar dünyanın hər yerində bağ edə biləcəyimizi göstərmək istəyirdi. Deməli, bağı salmaq üçün yuxarı hissədəki yer ən yaxşı yer idi".

P-Patch kimi tanınan icma bağı şəbəkəsi burada 50 il əvvəl Şərqi Sietldakı Pikardo ailəsinin fermasının olduğu yerdə salınmağa başlayıb. Viv İlo Veyt 1978-ci ildən burada bağçılıqla məşğuldur. "Meyvə bağına cavabdeh olan, komposta cavabdeh olan, bağların barına cavabdeh olan adamlarımız var. Tədbirlərimiz olur, sonra birlikdə yemək yeyirik. Beləliklə, insanların bir araya gəlibi bir-brinə sual verə biləcəyi vaxtlar olur. Məsələn, biri soruşur ki, bağımda bambuk əksəm yaxşıdırmı? Mən isə deyirəm ki, yox, bambuk yayılır".

Sietl ABŞ-ın ən sürətlə böyüyən şəhərlərindən biridir və şəhərlərdəki artım çox vaxt yaşıllığın itirilməsi ilə əlaqələndirilir. Proqramın rəhbəri Keniya Fredi deyir ki, onlar böyüməyə davam edir, xüsusən də şəhər mərkəzində hansısa sahəni almaq üçün gözləmə siyahıları var. Bəzən boş yerlər planlaşdırılır. Bəzən isə yaşıllıq təbii yaranır. "Bu, cəmiyyətin maraqlarından qaynaqlanır. Bilirsinizmi, bu kiminsə məhəlləsində qeyri-qanuni zəbt edilən bir guşənin olub-olmamasından asılı olmayaraq, biz oranı daha təhlükəsiz məhəlləyə çevirə bilərik? Və onlar icma bağı salır".

Bağban Culi Qarz: "Mənim üçün uğur beş nəfərlik ailəmizə şam yeməyi üçün kifayət qədər yemək hazırlamaqdır. Adətən mağazadan almadığım və baha olan reyhan, limon, artişok və Romano lobyası kimi məhsullar hazırlamaqdır. Mənimlə ticarət edən yeni qonşularla da tanış oluram və yeni çeşidləri dadıram."

Brus Svi və Kristina Şefer bağala şənliyində tanış olub və evləniblər. "Üçüncü yerdəki konsepsiya ilə tanışsınız? Birinci yer sizin evinizdir. İkinci yer işlədiyiniz yerdir. Üçüncü yer isə birinci və ikinci yerlərdə olmadığınız zaman olduğunuz yerdir. Beləliklə, bir çox insanlar üçün bu, üçüncü yerimizdir. Vaxtımızın çox hissəsini burada keçiririk" - deyə, Kristina Şefer bildirir.

P-Patch üzvlərinin dediyi kimi, onlar bitkilər üçün gəlir, insanlar üçün qalır.

XS
SM
MD
LG