Accessibility links

Səccad Şəhiri məhkəməyə çağırılıb


İran Azərbaycanının Sulduz şəhərində yaşayan milli fəal Səccad Şəhiri məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə görə Sulduz şəhərinin cəza məhkəməsinə çağırılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Səccad Şəhiri Təbrizin ümumi və inqilab məhkəməsinin 16-ci şöbəsinin sədri, hakim Seyid Əli Müsəvi tərəfindən "İran islam respublikasına qarşı təbliğat aparmaq" və "separatist GAMAC təşkilatına üzv olmaq" ittihamları ilə günahlandırılmışdı.

Milli fəalın işi Təbrizin ümümi və inqilab məhkəməsindən Sulduz şəhərinin ikinci cəza məhkəməsinə göndərilib və Səccad Şəhiri qeyd etdiyimiz tarixdə bu məhkəmənin 103-cü şöbəsinidə "İran islam respublikasına qarşı təbliğat aparmaq" və "separatist GAMAC təşkilatına üzv olmaq" ittihamları ilə bağlı öz müdafiəsini təqdim edəcək.

Şəhiri 2020-ci ilin yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edilib və istintaq üçün İranın Təbriz şəhərində yerləşən Kəşfiyyat Nazirliyinin həbsxanasına köçürülmüşdü.

Səccad Şəhiri nəhayət həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılımışdı.

O, daha əvvəl də dəfələrlə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Çəhiri 2018-ci ilin iyul ayının 20-də Babək qalası tədbirləri zamanı onlarla milli fəal ilə birlikdə həbs edilib və daha sonra sərbəst buraxılmışdı.

Şərhlərə bax

XS
SM
MD
LG