Accessibility links

ABŞ prezidentliyinə namizədlərin xarici siyasət planları maraqla izlənir [Video]


ABŞ prezidentliyinə namizədlərin xarici siyasət planları maraqla izlənir
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Amerikada prezident seçkilərinin nəticələrini narahatlıqla gözləyən dünya ictimaiyyətini demokrat Hillari Klinton və respublikaçı Donald Trampın terrorizmlə mübarizə və qlobal siyasət planları maraqlandırır. Hər iki namizədin dünyaya başıxı və İslam Dövlətinin məğlubiyyəti kimi beynəlxalq problemlərin müttəfiqləri ilə hansı yolla həlli diqqət mərkəzindədir.

67 yaşı olan hərbi alyans-NATO ABŞ-da gərgin prezident seçkiləri kampaniyalarına cəlb olunub.

Hillari Klinton: “Biz Donald Trampın məhəl qoymadığı müttəfiqlərimizlə yaxından əməkdaşlıq etməliyik.”

Donald Tramp: “Biz onlarla illərdin yaxından iş apardıq və heç kimin görmədiyi bir qırışıqlıqla üzləşdik.”

Amerikanın NATO qarşısındak ökdəliklərinə müxtəlif baxış namizədlərin dünyaya münasibətini kölgə altına alır. Bu, politoloq Ceremi Meyerin fikridir.

“Tramp millətçi, populistdir. Hillari Klinton isə beynəlmiləlçi, çoxşahəlidir.”

Daha güclü ordu tərəfdarı olan Tramp xarici siyasətin Amerikanın maraqlarına xidmət etməli olduğunu düşünür.

Klinton isə öz növbəsində hakimiyyət gücündən istifadə etməklə, diplomatiyanı inkişaf etdirməklə xarici siyasətini yürütmək istəyir.

Ziddiyyətli baxşlar Rusiya kimi rəqib ölkələrlə münasibətlərdə dərin fikir ayrılıqlarına yol açıb.

Donald Tramp: “Mən Putini tanımıram, amma İŞİD-lə mübarizə üçün Rusiya ilə yola getməli olduğumuzu düşünürəm."

Klintonun mövqeyi isə daha sərtdir.

“Mən Rusiya ilə üz-üzə gəlmişəm. Putinlə toqquşmuşam və prezident kimi də bunu edəcəyəm”

Namizədlər İranla əldə edilən razılıqla da bağlı fərqli mövqelərdən çıxış edir.

Tramp sənədi ABŞ üçün yararsız razılıq, Klinton isə bunu Tehranın nüvə proqramına qapaq hesab edir.

İraq və Suriyada İŞİD-in məğlubiyyətinə gəlincə isə, namizədlərin mövqeləri olduqca səs-küylü və aydındır.

Donald Tramp: "Mənim Əsəddən xoşum gəlmir. Amma Əsəd, Rusiya və İran İŞİD-ə qarşı mübarizə aparır. Onlar bir sırada yer alır. Buna səbəb zəif xarici siyasətdir."

Hillari Klinton: "Rusiya İŞİD-ə məhəl qoymur. Onun marağı Əsədi hakimiyyətdə saxlamaqdır. Mən dövlət katibi vəzifəsində ikən də tərəfdarı olduğum uçaqlara yasaq zonanın tərəfdarıyam."

Əvvəlki seçkilərdə də olduğu kimi amerikalıları xarici siyasətdənsə daha çox iş yerləri və iqtisadiyyat maraqlandırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG