Accessibility links

Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək


Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək. Beləliklə seçki bir ildən də çox önə çəkilir.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib ki, ölkəyə təcili olaraq prezident üsul-idarəsinə keçmək lazımdır.

Türkiyədə parlament və prezident seçkiləri 2019-cu ilin noyabrına planlaşdırılırdı.

Ərdoğan deyib ki, millətçi MHP partiyasının lideri Devlet Bahçeli ilə danışıqlardan sonra belə bir qərar verib. Erkən seçki fikri Bahçeli tərəfindən ortaya atılmışdı.

Seçkidən sonra Türkiyə parlament sistemindən prezident üsul-idarəsinə keçəcək və prezidentin səlahiyyətləri genişləndiriləcək.

Konstitusiyaya dəyişikliklər 2017-ci il 16 aprel referendumunda təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG