Accessibility links

Sorğu: ABŞ seçicilərinin əksəriyyəti demokratiyanın təhlükədə olduğunu düşünür


Quinnipiac Universitetinin keçirdiyi son rəy sorğusuna görə, ABŞ seçicilərinin təxminən dörddə üçü Kapitoli binasına hücumdan sonra demokratiyanın təhlükə altında olduğunu bildirib

Milli sorğuda həm Respublikaçılar (77%), həm də Demokrat seçicilərin çoxu (76%) demokratiyanın təhlükə altında olduğunu düşündüyünü deyib. Müstəqil seçicilərin isə 70% bununla razılaşıb.

Respondentlərin 56 faizi Kapitoliya hücuma görə Trampın məsuliyyət daşıdığını, 42 faizi isə ABŞ prezidentinin heç bir məsuliyyət daşımadığını bildirib.

Sorğu iştirakçılarının 52 faizi ilə 45 faizi Trampın yanvarın 20-dən əvvəl hakimiyyətdən uzaqlaşdırılması fikrini dəstəkləyib. Respublikaçıların 87 faizi bu fikrin əleyhinə çıxıb. Demokratların isə 89 faizi Trampın işindən kənarlaşdırılmasını düşündüklərini deyib.

Müstəqil respondentlərin 55 faizi bu fikri dəstəklədiklərini, 43 faizi isə bunun əleyhinə olduğunu bildirib.

Sorğu iştirakçıları 2020-ci il prezident seçkilərinin saxlalaşdırılması fikrində də tam ikiyə bölünüb.

Respublikaçıların 73 faizi səsvermə zamanı ciddi pozuntulara yer verildiyini, Demokratların isə 93 faizi belə bir şeyə yol verilmədini qeyd edib.
Müstəqil iştirakçılar isə 60-la 30 faiz arasında geniş saxtakarlıq iddialarının əsassız olduğunu bildirib.

Respondentlər Kapitoliya qarşı hücumun çevriliş cəhdi olub-olmamasında da eyni mövqedən çıxış edib. 47 faiz hesab edir ki, bu, çevriliş cəhdi idi. 43 faiz buna inanmadığını, 10 faiz isə əmin olmadığını deyib.

Hücumçuların məsuliyyətə cəlb edilməsi ilə bağlı sualın cavabında respondentlər yaxın mövqe nümayiş etdirib. Onların 91 faizi bununla razı olduqlarını deyib.

Ekstremizmin Ameikada böyük problem olduğu fikrində də geniş fikir ayrılığı (81 faizlə 12 faiz arasında) müşahidə edilib.

Baydenin prezidentiyinə gəlincə isə respondentlərin yalnız 31 faizi onun ölkədə vəhdət yaradacağına inadığını deyib. 56 faiz isə hesab edir ki, ölkədəki mövcud parçalanma davam edəcək. 14 faiz iştirakçı bunndan əmin olmadıqlarını deyib.

Yanvar ayının 7-si ilə 10-u arasında keçirilən sorğularda 1239 qeydiyyatdan keçmiş seçici iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG