Səsvermənin iki saat əvvəl başlamasına baxmayaraq seçki məntəqələrində bəzi mübahisələr yaşanmaqdadır. 22 saylı nəsimi 2-ci secki dairəsinin 21 saylı seçki məntəqəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin müşahidəçisi məntəqə rəsmilərinin təşkilatçılığından şikayətlənir. Müşahidəçi deyir ki, çox uzaqda oturduğundan səsverməni yaxından izləyə bilmir. Qarşı tərəf isə Sən seçki qanunvericiliyini pozursan. Müşahidəçilərin yerində oturmalısan. Bir də belə etsən haqqında tədbir görüləcək. - deyə ona xəbərdarlıq edir.
-
Emil Quliyev
Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir. Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.