Accessibility links

Mərkəzi Seçki Komissiyası seçki qrafikini təsdiq edib


Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı əsas tədbirlərin təqvim planını təsdiq edib.

Sənədə əsasən, prezidentliyə namizədin qeydiyyatı üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-si saat 18:00-a qədər davam edəcək.

Aprelin 1-nə qədər bütün Azərbaycan ərazisində seçkilərin gedişatının müşahidəsinin aparılması üçün MSK-ya ərizələr qəbul ediləcək.

Ayrı-ayrı seçki dairələri ərazisində seçkiləri müşahidə etmək istəyənlər akkreditasiya üçün aprelin 6-na qədər müvafiq dairə seçki komissiyalarına müraciət edə bilərlər.

Seçkiqabağı təşviqat seçkilər günündən 23 təqvim günü əvvəl başlayır və səsverməyə 24 saat qalanda başa çatır, yəni martın 19-dan 9 aprel saat 08.00-a qədər keçiriləcək.

Səsvermə aprelin 11-də saat 08.00-da başlayacaq və 19.00-da başa çatacaq.

Səsvermənin ilkin yekunları aprelin 11-də axşam saatlarında məlum olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG