Accessibility links

ATƏT-in DTİHB Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb [Video]


ATƏT-in DTİHB Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb
please wait

No media source currently available

0:00 0:02:26 0:00

ATƏT-in DTİHB Azərbaycanda prezident seçkilərini müşahidəyə başlayıb

Müşahidə missiyası 20 uzunmüddətli, 280 qısameddətli müşahidəçilərdən ibarətdir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) rəsmi olaraq Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə missiyasına başlayıb.

Missiyanın rəhbəri Korin Yonker (Hollandiya) bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib ki, missiya Bakıda 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən regionlara göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir.

“Əlavə olaraq seçki günü prosesi izləmək üçün 280 müşahidəçi gələcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkədəndir”, o qeyd edib.

Korin Yonker
Korin Yonker

Xanım Yonkerin dediyinə görə, missiya seçkiləri ATƏT öhdəliklərinə, digər beynəlxalq standartlar və demokratik seçkilər üçün qəbul edilən öhdəliklər, eləcə də daxili qanunvericiliyə riayət olunmasına görə qiymətləndirəcək.

“Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyaların aparılması, seçki məsələlərinin həllinin hüquqi çərçivədə həyata keçirilməsində seçki administrasiyası və müvafiq dövlət orqanlarının işini izləyəcək. Müşahidənin bir hissəsi olaraq seçki kampaniyasının mediada monitorinqi aparılacaq”, missiya rəhbəri deyib.

Müşahidə müddəti ərzində missiya müvafiq orqanların nümayəndələri, siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri, media və beynəlxalq icmaların təmsilçiləri ilə görüşəcək.

Onun szölərinə görə, seçki günü müşahidəçilər seçki məntəqələrinin açılması, səsvermə, seçki bülletleninin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək.

“Seçki günü missiyaya ATƏT Parlament Assambelyası heyəti və Avropa Şurası Parlament Assambleyasının nümayəndələri də qoşulacaq”, xanım Yonker qeyd edib.

Missiya rəhbərinin sözlərinə görə, müşahidələrin yekununda ilkin hesabat dərc ediləcək və 8 həftə sonra yekun qiymətləndirmə, tövsiyələr elan ediləcək.

Mətbuat konfransında xanım Yonker missiyanın işinə yeni başladığına istinad edərək heç bir suala aydın cavab verməyib. Xüsusən, o, seçkiqabağı müühitlə bağlı Amüerikanın Səsinin sualına cavab verməkdən yayınıb.

O, həmçinin fevralda Bakıya səfər etmiş DTİHB-nin qiymətləndirmə missiyasının rəyləri haqqında heç nə deməyib.

ATƏT DTİHB-in prezident seçkilərini müşahidə missiyası
ATƏT DTİHB-in prezident seçkilərini müşahidə missiyası

Missiya rəhbərinin sözlərinə görə, nümayəndə heyəti yalnız müşahidəçilik missiyasının başlaması üçün "tələbatları" qiymətləndirib.

Xanım Yonker Azərbaycanda ATƏT-in əvvəlki monitorinq missiyalarının tövsiyələrinin nə dərəcədə yerinə yetirildiyi barədə suala da cavab verməyib.

Missiya rəhbərinin seçkilərin monitorinqinin neçəyə başa gələcəyi haqqında sualın da cavabı tapılmayıb.

Seçkilərin azad və ədalətli hesab olunması üçün hansı meyarlar olduğunu açıqlamaq sualına cavabda xanım Yonker bildirib ki, missiya konkret olaraq "azad" və "ədalətli" anlayışları ilə işləmir, seçkiləri müəyyən parametrlər, məsələn, KİV azadlığı və s. üzrə ATƏT standartlarına uyğun olub-olmaması nöqteyi-nəzərdən qiymətləndirir.

O, müxalifətin seçkiləri boykot etmək qərarı ilə bağlı suala da cavabdan yayınıb, bunun müxalifətin qərarı olduğunu və ATƏT-in bu məsələlərə müdaxilə etmədiyini deyib.

Missiya rəhbəri vətəndaş cəmiyyəti institutları üçün seçkiləri müşahidə etmək imkanı olmaması haqqında məsələyə də münasibət bildirməyib.

Yonker qeyd edib ki, missiya ilk rəylərini ilk aralıq hesabatdan sonra bildirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG