Accessibility links

Səsvermə davam edir [Video]


Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Müşahidəçilər seçki prosesindən danışır

Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədədir, bütün məntəqlərə səsvermə üçün açıqdır.

Amerikanın Səsinin müxbiri Bakıda seçki məntəqələrində seçkilərin gedişini izləyib.

Zahid Oruc səs verir
Zahid Oruc səs verir

Prezidentliyə namizəd Zahid Oruc 3 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsində səs verib.

“Elə bir şəxsin qalib gəlməsi lazımdır ki, milli birliyi təmin eləsin, dövlətimizin həyatında on illər ərzində davam edən inkişaf özünün axarını tapsın. Siyasi qüvvələr arasında olan düşmənçilik, qarşılıqlı ittihamlar aradan qalxsın, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin. Əminəm ki, belə də olacaq”, Zahid Oruc səs verdikdən sonra jurnalistlərə deyib.

Seçki
Seçki

Amerikanın Səsinin müxbiri seçki məntəqələrinin bir çoxunda aktivlik müşahidə etsə də digərlərində aktivlik müşahidə etməyib.

Seçki məntəqələrində yerli və beynəlxalq müşahidəçilər var.

Yerli müşahidəçi Adilə Yaqubova Amerikanın Səsinin müxbirinə qanun pozuntusu qeydə almadığını bildirsə də seçkilərdə iştirak edən namizədlərin sayını dəqiq bilmir.

Beynəlxalq müçahidəçilər Nilza de Sena və Kiener Nellen
Beynəlxalq müçahidəçilər Nilza de Sena və Kiener Nellen

ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, portuqaliyalı deputat Nilza de Sena ümid edir ki, sakit və dinc şəraitdə seçki günü olacaq.

“Bu dəqiqə seçki prosesi ilə bağlı çox şərh verə bilməyəcəyəm. Ümid edirəm ki, bu seçkilər insanların seçim və iradəsini ifadə edəcək. Bütün Azərbaycan xalqı ilə həmrəyliyimi ifadə edirəm və xoş niyyətlərimi çatdırıram”,o, seçki məntəqəsində jurnalistlərə deyib

ATƏT PA müşahidə missiyasının rəhbəri, isveçrəli deputat Kiener Nellen deyib ki, ATƏT Azərbaycanda 1995-ci ildən müşahidə missiyası həyata keçirir.

“Mən bu gün saat 07.30-dan səsvermə məntəqəsinin açılışında iştirak etmişəm, müşahidəmizi davam edirik”, o qeyd edib.

XS
SM
MD
LG