Accessibility links

Hafiz Hacıyev: Anam da, mən də İlham Əliyevə səs vermişik [Audio-Müsahibə]


Hafiz Hacıyev
Hafiz Hacıyev

Prezidentliyə namizədin Amerikanın Səsinə müsahibəsi

Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev Amerikanın Səsinə müsahibəsində deyib ki, yeni qurulacaq hökumətdə baş nazir olmaq istəyir.

Hafiz Hacıyev: Anam da, mən də İlham Əliyevə səs vermişik
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Amerikanın Səsi: Siz İlham Əliyevə səs vermisiniz? Bu, doğrudur?

Mən özüm də bu gün qardaşım İlhamə Əliyevə səs verdim. Amma digərləri mənə səs verdi.

Hafiz Hacıyev: Mənim anamın 85 yaşı var. O, Göygöl rayonunda səs verib, iki öğlundan birini seçib. Mənim anam İlham Əliyevi seçib, ona səs verib. Mən özüm də bu gün qardaşım İlham Əliyevə səs verdim. Amma digərləri mənə səs verdi. Anamın ona səs verməsi məni bir az həyəcanlandırdı. Mən onun böyük oğluyam, o, kiçik oğluna səs verdi. Bu da çox təsadüfi bir haldır. Mən bəzən həyəcanlanıram, bəzən düşünürəm. Hər halda həqiqətdir, həqiqəti dana bilmərəm. Hafiz Hacıyev həmişə sözünü düz deyib və axıra qədər də deyəcəm. Nə etməliyəm. Mən qardaşlığımı danan deyiləm, bu gün anam da İlham Əliyevə səs verib. Bilirəm, istər hakimiyyət daxilində, istərsə də hakimiyyətdən kənarda bizi istəməyən qüvvələr var. Hər halda mən qardaşımı axıradək müdafiə etməyə məcburam.

Amerikanın Səsi: İlham Əliyev seçkilərdə qalib gələrsə və sizə vəzifə təklif edərsə, qəbul edərsinizmi?

Əlbəttə, mən baş nazirlik iddiasındayam.

Hafiz Hacıyev: Hər halda mən istəyirəm ki, qardaşımla birgə vəziyyəti tam düzəldək. Bu yöndə bizim söhbətlərimiz də olub. Mən baş nazir olsam, hər halda qardaşım bu qədər qınağa tuş gəlməyəcək. Mənim qardaşım çox böyük işlər görür. Amma neyləsin ki, ətrafı ona xəyanət edir, gördüyü işlərin üzərindən xətt çəkir. Əlbəttə, mən baş nazirlik iddiasındayam. Onu hamı bilməlidir. İstəyərəm ki, qocalar evində bu insanların mənim qardaşıma etdiyi xəyanətlərin hamısı arxada qalsın və mənim qardaşımı da sevsinlər. Koalision hökumət yaradardıq və bu hökumətdə, əlbəttə, özümü baş nazir kimi görürəm. Bu dövləti qoruyub saxlamalıyıq. Xalqın narazılığını da bilirik, xalqın içində bizə olan kin-küdurəti də bilirik. Amma neyləmək olar ki, bunun ətrafında olanlar mənim qardaşıma xəyanət edirlər. Mən imkan verməyəcəm qardaşım tək qalsın. Bunu da bilmək lazımdır. Bu, mənim üçün çox önəmlidir. Anamın mənə olan tövsiyələri budur. Mən qardaşımın yanında olsam Azərbaycan milli barışıq hökuməti təşkil edəcəm. Siyasi məhbus deyilən bir məfhum olmayacaq, özünü ana, dədə müxalifət adlandıran təşkilatlarda olan ləyaqətli adamlar bu hakimiyyətdə təmsil olunmalıdır. Böyük bir bəlamız var, Dağlıq Qarabağ məsələsi, biz bunu həll etməliyik. Regionda aparıcı bir dövlətə çevrilməliyik. Biz hamımız Azərbaycan vətəndaşıyıq, bir məmurun incitməsinə görə dövlətdən incik düşməməliyik. Bu dövlət bizimdir. Dövləti biz yaratmışıq, meydanlarda biz vuruşmuşuq. Azərbaycanın müstəqilliyini biz əldə etmişik. Bir məmur rüşvət alıbsa, biz buna görə dövlət başçısından incik düşməməliyik. Amma neyləmək olar, dövlət başçısına bütün məsələlər dəqiqliyi ilə çatdırılmayıb. Mən istəyirəm koalision hökumət təşkil edilsin, milli barışıq hökuməti olsun. Mən də baş nazir kimi qardaşıma kömək edim. Dağlıq Qarabağı işğaldan azad edək. Rəhmətlik Əbülfəz Elçibəyin, Məhəmməd Əmin Rəsulzadənin ideyaları həyata keçirilsin.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG