Accessibility links

Müsavat Partiyası prezident seçkilərinin nəticələrini tanımır


Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri azad və ədalətli olmayıb və onun nəticələri xalqın azad iradəsini ifadə etmir. Bu barədə Müsavat Partiyasının 11 aprel seçkiləri haqqında rəyində bildirilir.

Sənəddə növbədənkənar seçkilərin təyin edilməsinin qanuniliyi şübhə altına qoyulur. Seçki hər hansı siyasi zərurət olmadan, heç bir izahat verilmədən təyin edilib və konstitusiyada hüquqi əsasları olmayıb. Keçirilməsinin vacib olduğu, bunu yaradan səbəblərin açıqlanmadığı, yalnız bir namizədin seçkiyə gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçkilərin elan olunması fraktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olması üçün rəqabətsiz şərait yaratmağa xidmət edib.

Seçkilər sərbəst toplaşmaq, mətbuat və birləşmək azadlıqlarının məhdudlaşdırılması şəraitində keçirilib. Ölkədə siyasi məhbus problemi həll edilməyib, onların sayı 150 nəfərdən çoxdur. Ölkə telekanalları hakimiyyətin xeyrinə təbliğat aparır.

Hakimiyyət Avropa Şurası Venesiya Komissiyasının seçki qanunvericiliyində islahatlar, seçki komissiyalarının, şikayətlərə baxılması mexanizminin formalaşdırılması, müşahidənin təşkili haqqında tövsiyələrinə məhəl qoymayıb. Bütün səviyyələrdə seçki komissiyaları faktiki olaraq hakimiyyətin nəzarəti altında qalmaqdadır, deyə bəyanatda bildirilir.

Sənəddə seçici siyahılarındakı fərq qeyd edilir: MSK-nın məlumatına görə, seçicilərin sayı 5,2 mln. nəfər, Dövlət Statistika Komitəsinin məlumatına görə isə 7,2 mln. nəfər təşkil edir. Bu, səs verənlərin faizinin süni şəkildə artırılması məqsədilə edilir, Müsavat belə hesab edir.

Təşviqat qaydaları da pozulub. Belə ki, seçkiqabağı təşviqat başlamazdan əvvəl mədəniyyət, incəsənət xadimləri, yazıçılar və Şeyxülislam Allahşükür Paşazadə İlham Əliyevə səs verməyə çağırıblar.

Büdcə müəssisələrinin işçiləri səs verməyə məcbur edilmək üçün seçki günü qanunsuz olaraq işə çağırılıblar. Səsvermə günü eyni şəxslərin dəfələrlə səs verməsi faktları qeydə alınıb. Qanun pozuntularını çəkməyə çalışan fəallara, blogerlərə, jurnalistlərə təzyiq göstərilib.

İlham Əliyevin beynəlxalq norma və qanunlara zidd olaraq növbədənkənar seçkilər təyin etməsi və dördüncü dəfə onun prezident vəzifəsinə namizədliyinin irəli sürülməsi əvvəlcədən seçkilərin legitimliyini şübhə altına qoyurdu.

Hətta iştirakın süni şəkildə artırılması üzrə saxtalaşdırmalara baxmayaraq, səsvermədə seçicilərin iştirakı 20%-dən aşağı olub.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Müsavat Partiyası seçkiləri qeyri-azad, ədalətsiz və qeyri-demokratik hesab edir. Partiya bu seçkilər əsasında formalaşmış hakimiyyətin legitimliyini qəbul etmir.

Müsavat 11 aprel seçkilərinin nəticələrinin ləğvini və beynəlxalq standartlara cavab verən yeni seçkilərin təyin edilməsini tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG