Accessibility links

Təhlükəsizlik agentlikləri seçki rəsmilərinə ABŞ prezident seçkisinə hücumlara hazır olmaları barədə xəbərdarlıq edir


ABŞ-ın kəşfiyyat və təhlükəsizlik agentlikləri seçki rəsmilərini seçicilərin noybar ayında keçiriləcək prezident seçkilərinə etibarlılığını məhv etməyə yönəlmiş yeni hücum dalğasına hazırlamağa çalışırlar. Eyni zamanda bir sıra hesabatlar bəzi tanış rəqiblərin səylərini artırmağa başladığı barədə xəbərdarlıq edir.

Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA), Milli Kəşfiyyat Direktorunun Ofisi və Federal Təhlükəsizlik Bürosu ilə birlilkdə çərşənbə günü yeni xəbərdarlıq edib ki, “həmişəki sübhəlilər” - Rusiya, Çin və İran gərginliyi artırmağın və Amerika seçicilərini bölməyin yollarını axtarırlar.

Xəbərdarlıqda deyilir ki, hər üç ölkə “ABŞ-ın demokratik institutlarına inamı sarsıtmaq üçün görünən sosial-siyasi bölgülər üçün təsir əməliyyatlarından istifadə edir”.

Yeni təlimatda xəbərdarlıq edilir ki, üç ölkə dezinformasiya yaymaq və şübhə yaratmaq üçün saxta onlayn hesablar və müxtəlif proksilərdən, o cümlədən dövlət tərəfindən maliyyələşdirilən media təşkilatlarından istifadə edir.

Həmçinin xəbərlarlıq edilir ki, Rusiya, Çin və İran “bilmədən öz narrativlərini təşviq etmək üçüm” real insanlardan, o cümlədən sosial media influenserlərindən istifadə edirlər.

“Seçki prosesi Amerika demokratiyasının qızıl sapıdır, ona görə də bizim xarici rəqiblərimiz bilərəkdən öz təsir əməliyyatları ilə seçki infrastrukturumuzu hədəf alırlar”, CISA-nın baş müşaviri Kait Konli müxbirlərə açıqlamasında deyib. “CISA bu [ştat və lokal səviyyədə] rəsmilərin və Amerika xalqının bu döyüşdə tək mübarizə aparmaması üçün öz üzərinə düşəni etməyə sadiqdir”.

Agentlik yeni taktikalar barədə xəbərlarlıq edir

CISA-nın vebsaytına yerləşdirilən yeni təlimatda xəbərdarlıq edilir ki, Rusiya, Çin və İran tanış taktikalardan istifadə etməklə yanaşı, çox güman ki, ABŞ seçicilərini çaşdırmaq və seçki prosesinə etibarı sarsıtmağa çalışmaq üçün yeni hiylələrdən istifadə edirlər.

Bu taktikalardan biri səslərin klonlanmasındır - çaşqınlıq yaratmağa çalışmaq üçün dövlət məmurunun və ya xadimin saxta səs yazısından istifadə etmək. Agentliklər misal olaraq ötən il Slovakiya Respublikasında keçirilən seçkini göstəriblər ki, orada əsas partiya liderinin səsvermənin necə saxtalaşdırılacağını müzakirə etdiyini göstərən saxta səs yazısı yayılmışdı.

Təlimatda həmçinin xəbərdarlıq olunur ki, İran son aylar İsrailə qarşı bənzər əməliyyatlardan dərs çıxararaq, ABŞ-da “hakerlik etmək və sızdırmaq” yolu ilə kiberhücumlardan istifadə etməyə çalışıb.

Həmçinin bildirilib ki, Rusiya və Çin ayrı-ayrılıqda fiziki binalar və ya kompyuter sistemlərinə təsir göstərən təhlükəsizlik insidentlərinə dair sübutlar göstərdiyini iddia edən saxta sənədlər yaymaqla seçicilər arasında təşviş yaratmağa çalışıblar.

Çin ittihamları rədd edib.

“Çin həmişə başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb,” Çinin Vaşinqtondakı Səfirliyinin sözçüsü Liu Pengyu Amerikanın Səsinə e-mail vasitəsilə deyib.

“Çini ABŞ siyasətinə müdaxilə etmək üçün sosial mediadan istifadə etdiyini spekulyasiya və ya ittiham etmək tamamilə əsassız və qərəzlidir”, Liu əlavə edib.

Amerikanın Səsinə həmçinin Rusiya və İran hökumətlərinin nümayəndələri ilə əlaqə yaradıb, amma onlar hələ cavab verməyiblər.

Hələlik, CISA, Milli Kəşfiyyat Direktorunun Ofisi və Federal Təhlükəsizlik Bürosu ABŞ seçki rəsmilərinə tövsiyyə edirlər ki, onlar, ABŞ hökumətinin rəsmi vebsaytları kimi etibarlı məlumat portalları yaratmaqla və saxta məlumatları proaktiv şəkildə ifşa etməklə seçkiyə müdaxilə cəhdlərinin təsirini azaltmağa çalışa bilərlər.

Ancaq çətinliklər çox güman ki, artacaq.

Microsoft deyir ki, Rusiya artıq müdaxilə edir

Texnologiya nəhəngi Microsoft çərşənbə günü xəbərdarlıq edib ki, Rusiyanın ən azından seçkiyə müdaxilə səylərini artırdığına dair işarələr görür.

Hesabatda deyilir ki, Rusiya səylərində hələ ki, “2020-ci ildən bir sıra mövzulardan istifadə edir, və diqqətini təkrar ABŞ-ın Ukraynaya dəstəyini sarsıtmağa yönəldir”.

Microsoft xəbərdarlıq edir ki, Rusiya, Çin və İran “ötən yaydan bəri məzmun yaratmaq üçün generativ süni intellektin bir növündən istifadə edib”.

Bundan əlavə ölkədaxili ekstremistlərin prezident seçkisinə təsiri ilə bağlı narahatlıq mövcuddur.

“Ekstremist zorakılığına dair ciddi risk var”, Xarici Əlaqələr Şurasının çərşənbə günü yaydığı hesabatda yazılıb.

“İfrat sağ tərəfindən seçki ilə əlaqəli zorakılıq riski daha böyük olsa da, ifrat sol tərəfindən ekstremist zorakılığı da istisna etmək olmaz”, şura seçkidən öncə keçirilən siyasi tədbirlər və toplantılara, seçki günündə səsvermə məntəqələrinə və seçkidən sonrakı günlərdə seçki rəsmilərinə hücum ehtimalına işarə edərək bildirib.

Bu cür xəbərdarlıqlar ABŞ rəsmilərinin son aylarda etdiyi xəbərdarlıqlarla uyğun gəlir.

“Bəzi ölkədaxili zorakı ekstremistlər, xüsusilə də konspirasiya nəzəriyyələri və anti-hökumət və partizan iddialarından ilham alanlar seçki prosesini pozmağa çalışa bilər”, ABŞ Daxili Təhlükəsizlik Departamenti sentyabr ayında yaydığı təhlükə dəyərləndirməsində xəbərdarlıq edib.

“Zorakılıq və ya təhdidlər hökumət rəsmilərinə, seçicilərə, seçkilərlə əlaqəsi olan personala və infrastruktura, o cümlədən seçki məntəqələrinə, seçki qutularına, seçicilərin qeydiyyata alındığı yerlərə, kampaniya tədbirlərinə, siyasi partiya ofislərinə və səslərin hesablandığı yerlərə yönəldilə bilər”, xəbərdarlıqda deyilir.

Forum

XS
SM
MD
LG