Accessibility links

Müqtəda Əl-Sədr İraqda nümayişlərin bərpasına çağırıb


İraq şiələrinin nüfzulu lideri Müqtəda Əl-Sədr tərəfdarlarına hökumət əlyehinə nümayişlərin bərpasına yaşıl işıq verib.

Oktyabr ayının 1-dən başlayaraq günlərlə davam edən etirazlar korrupsiyaya son qoyulması, yeni iş yerlərinin açılması və hökumətin istefası tələbləri ilə keçirilib.

Qarşıdurmalarda 100-dən çox insan ölüb, 6 mindən çoxu isə xəsarət alıb.

Nümayişlərin bərpasına dair çağırışlar sosial mediada cümə günü yayılıb. Əl-Sədr isə şənbə günü axşam Facebook-da yazıb ki, oktyabrın 25-də keçiriləcək "aksiyalarda iştirakınız sizin haqqınızıdr".

O əlavə edib ki, bu inqilabda iştirak etmək istəməyənlər başqa - beynəlxlq müşahidəçilərin iştirakı ilə hazırkı siyasətçilərin iştirakı olmadan seçkilər yolunu seçməlidir. Əl-Sədr nümayişlərin dinc keçirilməsinə çağırıb.

BMT İraqdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jenin Hennis-Plasçert də öz növbəsində narahatlığını bildirib və sakitliyə çağırıb.

Parlamentdəki ən böyük bloka başçılıq edən şiə yarı-hərbi dəstəsinin sabiq lideri Müqtəda əl-Sədr daha əvvəl höküməti istefa verməyə çağırıb və deyib ki, ölkədə “BMT-nin müşahidəsi altında növbədənkənar seçki keçirilməlidir”.

XS
SM
MD
LG